Canikyan: "Milli dəyərlərimiz əldən gedir" - Erməni ideoloq xalqı yeni müharibəyə səslədi

Canikyan: Erməni məkri haqqında çox yazılıb, çox deyilib. Bu xalqın yüz illərdir qonşularına qarşı nifrəti, kini isə bitib-tükənmir. Böyük ideyalarla yaşayan ermənilər daim kölə təfəkküründən uzağa gedə bilməyiblər. Orta əsrlərdən başlayaraq Anadoluya və Qafqaza ayaq açan erməni köçü, başlanğıcını mərkəzi Asiyadan alırdı. Məskunlaşdıqları əraziləri özlərinə vətən seçən toplum dərhal ətrafdakı abidələri saxtalaşdıraraq özündən "qədim xalq" imici formalaşdırmağa çalışıb. Sonrakı mərhələlərdə onların xəyanətlərindən qonşu xalqlar ciddi əziyyət çəkib.
Tarixi sifətlərində daim satqınlıq olan ermənilərin "Böyük Ermənistan"yaratmaq sevdası da xəstə təxəyyülün məhsulu idi. Özlərini dünyanın "qədim xalqı" hesab edən qaraçı dəstəsi həmişə böyük imperiyaların alətinə çevriliblər. İndi də Türkiyəyə və Azərbaycana ərazi iddiaları irəli sürənlər erməni ideologiyasının təsiri altındadır. Türkiyə ərazisindəki Ağrı dağını Ararat adlandıran erməni millətçiləri, hətta Ağrı dağının təsvirini Ermənistanın dövlət gerbinə də salıblar. Türkiyənin şərq hissəsinə iddia edən ermənilər bunu özlərinin milli siyasəti hesab edirlər. Hətta Ermənistanın 3-cü prezidenti üzünü Türkiyə istiqamətinə tutaraq gənclərə müraciətlə:
"Biz Qarabağı aldıq, sizin üzərinizə isə daha ciddi vəzifə düşür. Siz isə Türkiyə ərazisindəki erməni torpaqlarını azad etməlisiniz", – demişdi.
İşğalı dövlət siyasətinə çevirən Ermənistanda qonşu ölkələrə ərazi iddiaları indi də davam edir. İnternet resurslarında erməni yazıçısı Qriqor Canikyanın bir neçə dəqiqəlik çıxışını izlədikdən sonra xəstə erməni təfəkkürünün şahidi olursan. Canikyan erməni xalqını qisasa səsləyir, bildirir ki, bütün ermənilər "Böyük Ermənistan"ın bərpası uğrunda ayağa qalxmalıdır.
Bu, "qədim xalq"ın ziyalısının mövqeyidir. Erməni yazıçı daha sonra bildirir ki, "Milli dəyərlərimizin əldən getməsi, bu siyasətin davam etməsi məni bir yazıçı kimi məyus edir. Bu, həm də hər birimizin təhqir olunması deməkdir. Ararat dağı dövlət gerbimizdə, milli yaddaşımızda yaşayır. Biz hələ də başa düşə bilmirik ki, Ararat bizim üçün adi dağ deyil. Ararat bizim üçün milli dəyər, erməni xalqının simvoludur. Ararat bizim düşüncələrimizin, arzularımızın simvoludur. İndi Araratı Araqats dağıyla müqayisə etmək erməni xalqının ruhuna, ləyaqətinə təhqirdir. Son hadisələrə qədər hər il Qərbi Ermənistana səfər edirdim. Oradakı dağlar bizsiz darıxır, indi oralar bizi gözləyir. Ermənistanın atributlarından simvollarımızı məhdudlaşdırmaq milli kimliyimizə hörmətsizlikdir. Onları qorumaq, milli arzularımıza çatmaq üçün mübarizə aparmalıyıq.
Erməni diasporunun üzvləri Qarabağ müharibəsində iştirak etmək üçün Ermənistana gələndə çoxları Qarabağın harada yerləşdiyindən xəbərsiz idi. Amma onlarda milli ruh var idi. Ulu babalarının qoyub getdiyi milli ruh onları bura gətirmişdi. Onlar türkləri məhv etmək üçün gəlmişdi. 1915-ci ili yaddan çıxartmaq olmaz. Biz varıq, biz arzularımıza çatana qədər mübarizə aparmalıyıq".
Bu, bir erməni "ziyalısının" öz xalqına müraciəti idi. Beyinləri zəhərləyən, qonşu xalqalara nifrət dolu müraciətdə erməni ideologiyasının bütün iyrənclikləri var. Özünü yazıçı adlandıran bu millətçi adam ancaq kin, nifrət püskürür.
Qonşu dövlətin ərazilərini özlərinin dövlət atributlarına daxil edən bu adamların düşüncəsi yalnız işğaldır. Bu düşüncəylə yaşayan xalqlar isə daim məhvə məhkimdur.
Vəli Həsənov,
KONKRET.az

Siyasi       Tarix: 20 iyul 2023
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Ərdoğan: Birdir bizim hər halımız; sevincimiz, kədərimiz; bayraqlarda hilalımız

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "X"dəki hesabında Azərbaycana səfəri, Prezident İlham Əliyevlə görüşü barədə videoçarx paylaşıb. xəbər verir ki, Ərdoğan paylaşımına "Birdir bizim hər halımız; sevincimiz

Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir

Gürcüstan mediası Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri bu ölkə mediasının diqqət mərkəzində olub. Bu ölkənin aparıc

Ərdoğan hökuməti toplayır - Azərbaycan səfəri

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə bu gün Beştəpədə Nazirlər Kabinetinin toplantısı keçiriləcək. nocommentaz-a istinadən bildirir ki, hökumətin iclasında əsas müzakirə mövzularından birinin milyonlarl

Prezident qanuna dəyişiklikləri təsdiqlədi

Azərbaycan Prezidenti İlham Əliyev "Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri"nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanununu imzalayıb. xəbər verir ki, Milli Məclis tərəfində

Azərbaycan xalqı bir yumruq kimi birləşmişdi – Prezident

Azərbaycan xalqı 44 günlük Vətən müharibəsi zamanı bir yumruq kimi birləşmişdi. xəbər verir ki, bunu Prezident İlham Əliyev noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli və Cəbrayıl rayonunun Soltanlı kəndlərinə köçən sakinlərl

Prezident İlham Əliyev: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi

Yeni salınan kəndlər, şəhərlər, köçkünlərin doğma torpaqlara qayıtması – yəni biz bu məsələlərlə məşğuluq və deyə bilərəm ki, bütün Azərbaycan xalqı bu fikirlə yaşayır. KONKRET.azxəbər verir ki, bu barədə Prezident İlha

Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib

5-6 noyabr tarixlərində Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Bolqarıstanda səfərdə olub. Bu barədə -a Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib. Bildirilib ki, səfər zamanı Sofiya şəhərində Azərbayca

Fransada 1,6 milyonluq etiraz: Makron hakimiyyətini nə gözləyir?

Fransada bahalaşmaya qarşı keçirilən kütləvi etiraz aksiyalarında 600 mindən çox insan iştirak edib. "Associated Press"in məlumatına görə, Fransa Daxili İşlər Nazirliyi nümayişçilərin sayını 600 min nəfər, həmkarla

Səfir: Qazaxıstan və Azərbaycan transxəzər infrastrukturunun inkişafını davam etdirəcək

Azərbaycan və Qazaxıstan arasında əməkdaşlığın inkişafı məsələləri Qazaxıstanın Bakıdakı səfirliyində keçirilən dəyirmi masada müzakirə edilib. səfirliyin məlumatına istinadən xəbər verir ki, tədbirdə diplomatlar, Azərbayca


yeni xeberler azerbaycan xeberleri son xeberler xeber.az bu gun cəbhədən xəbər cəbhədən ən son xəbərlər apa.az xeberler