Canni De Byazidən GÖZLƏNİLMƏZ AÇIQLAMA: Bunu iddia edənlərə söyüşlə cavab verərdim, amma…
"Demişdim ki, asan oyun olmayacaq. Portuqaliya Qətərlə yoxlama oyununda başqa futbolçulardan istifadə etmişdi. Ona görə də bu gün meydana çıxan portuqaliyalı futbolçular tam yaxşı vəziyyətdə idilər".
Publika.az xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi deyib.
"Bu matçda cəzalı və zədəli əsas futbolçularımız oynamırdı. Bu səbəbdən bugünkü oyunda kasad heyətə malik idik. Mən sehrbaz deyiləm. Əlimizdə olan futbolçularla bundan artığına nail olmaq olmaz", - deyə Canni De Byazi bildirib.
O, cari tsiklin sonunda başa çatan müqaviləsi barədə və heyətin "Sumqayıt" klubunun prezidenti Riad Rəfiyev tərəfindən qurulması barədə iddialara cavab verib:
"Son iki ayda mənim adım başqa millilərlə çəkilir. Ukrayna və s. yığmalara "aparılıram". Bəli, müqaviləm cari seçmə mərhələnin sonunda başa çatır. Amma mənim müqaviləmin davam və ya xitamı AFFA rəhbərliyi ilə danışıqlardan sonra bilinəcək. Bir də ki, mən heç vaxt deməmişəm ki, Azərbaycanda Albaniyadakı kimi xoşbəxt deyiləm.
Heç kim mən olan yerdə heyəti qura bilməz. Bu, sosial şəbəkələrdə yazılan əsassız iddialardır. Sizə də məsləhət görürəm ki, sosial şəbəkələrə az girəsiniz. Mən belə yazanlara söyüşlə cavab verərdim, amma bura onun yeri deyil".
Qeyd edək ki, bu gün dünya çempionatının seçmə mərhələsi çərçivəsində Portuqaliya Bakı Olimpiya Stadionunda millimizə 3:0 hesabı ilə qalib gəlib. (Oxu.az)

Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi
Kafedəki dəhşətli qətlə görə 9 nəfər tutuldu
DYP-dən hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
BDYPİ sürücülərə xəbərdarlıq etdi
Şahdağ və Kəlbəcərə qar yağıb
Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
"Eşref Tek" nə vaxt yayımlanacaq?
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Rəsmi Bakı: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə sadiqliyini bir daha təsdiqləyir
Hindistan Azərbaycan üçün məhz bu səbəblərdən vacib ölkədir – AÇIQLAMA
Azərbaycan səfiri etimadnaməsini Belçika Kralına təqdim edib, iki ölkə arasındakı münasibətlər müzakirə olunub
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var