Cavanşir Quliyevlə Aygün Bəylərin təsadüfi tanışlığı

Cavanşir Quliyevlə Aygün Bəylərin təsadüfi tanışlığı"Heç vaxt təsəvvür etməzdim ki, Aygünün dəfnində çıxış edəcəyəm, hər şey axarı ilə getsəydi, tərsinə olmalı idi. Amma həyatdır...".
azxeber.com "axşam.az"a istinadən xəbər verir ki, bu sözləri Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyev mərhum Əməkdar artist Aygün Bəylərə həsr olunan "Ötən günlər" verilişində deyib. Bəstəkar onunla təsadüfən tanış olduqlarını bildirib:
"Aygünlə rastlaşmağımız təsadüf idi. Bakıda yağışlı bir gündə gördüm ki, iki rəfiqə ağacın altında islanıblar. Gələn-gedən maşınlara əl edirdilər ki, harasa getsinlər. Mənim də yolum onların əl etdiyi tərəfə idi, maşına mindirdim. Bu qız o qədər diribaş idi ki, gözü də görürdü, qulağı da eşidirdi, elə bil dərisi ilə hiss edirdi. Maşında arxada əyləşmişdilər. Məni həmin an tanıdı. Başladı ki, mən oxumaq istəyirəm, evdən qoymurlar, "get nağaranı çal" deyirlər. Dedim ki, maşında heç nə deyə bilmərəm, oxumaq istəyirsənsə, dinləmək lazımdır. Studiyaya gəldi, mən də həmişə müğənniləri "Qaragilə" mahnısı ilə yoxlayıram. Sözlərini yazdım, verdim və bu qız bir "Qaragilə" oxudu ki, tüklərim biz-biz oldu. Mahnı özü gözəldir, onu qəşəng oxuyanda isə adam sakit qulaq asa bilmir. Sual verdim ki, kim deyir oxuya bilməzsən? Bir az cilalamaq lazım idi, gələrsən üzərində işləyərik dedim.
Həmin ərəfədə 1993-cü illər idi, müharibə gedirdi. AzTV kanalı vətənpərvərlik mövzusunda mahnı müsabiqəsi elan etmişdi. Oraya gedib, mükafat aldıq. Aygün kənddəki musiqiçilərdən restoranda işləmək üçün təklif almışdı. Dedim ki, get işlə, həm pul qazanarsan, həm də təcrübən olar. Aygünün oradan müğənnilik həyatı başladı. Mən ölkədən getdim, amma uğurlarını izləyirdim. Planlarımız var idi, amma olmadı.
Aygün çox istedadlı idi. Zarafatla ona deyirdim ki, istedadın bədəninə sığmır. Akif İslamzadə də onun haqda "Özü boyda ürəkdir" sözlərini demişdi. Enerjisi çox idi. Bəlkə də həmin enerji onu yandırdı".
Qeyd edək ki, bir neçə gün əvvəl Türkiyədə səfərdə olan Cavanşir Quliyevin səhhətində problem yaranıb. Onun beyninə qan sızdığı bildirilir.

Şou Biznes       Tarix: 11 fevral 2024
f Paylaş

Oxşar xəbərlər

Güllünü öldürən doğma qızına bu cəza verildi

Yalovanın Çinarcık rayonunda ötən il evinin pəncərəsindən yıxılaraq dünyasını dəyişən "Güllü" kimi tanınan sənətçi Gül Tutun ölümü ilə bağlı istintaq başa çatıb. Ifaçını öldürmək şübhəsi ilə saxlanılan Tuğyan Ülke

Məleykə Əsədovanın bacısı qızı İranda vəfat etdi - Fotolar

Xalq artisti Məleykə Əsədovanın ailəsinə ağır itki üz verib. "Qafqazinfo"ya istinadən verdiyi məlumatına görə, sənətçinin bacısı qızı Mina ötən gün İranda ağır xəstəlikdən vəfat edib. Üç qız anası olan 29 yaşl

Evini 3,2 milyona satır - Fotolar

Amerikalı aktyor Ceyk Conson Los-Ancelesdəki evini satışa çıxarıb. "Yeni qız" ("New Girl") serialındakı Nik Miller obrazı ilə tanınan 48 yaşlı aktyorun müasir üslubda dizayn edilmiş evi 3 milyon 295 mi

Ölən qızı 11 ay əvvəl boşanıbmış

Türkiyəli müğənni Atilla Taşın 14-cü mərtəbədən yıxılaraq həyatını itirən qızı Sezen Taşın keçmiş həyat yoldaşı Uğur Haliloğlu haqqında səsləndirilən iddialara cavab verib. Haliloğlu açıqlamasında Sezen Taşla 11 ay əvvə

Heyli Biber hamilədir? - Foto

Dünyaca məşhur model Heyli Biberin ikinci dəfə ana olacağı ilə bağlı iddialar yayılıb. Paparatsilərin Los-Ancelesdə gəzinti zamanı lentə aldığı fotolar modelin hamilə olması ehtimalını gündəmə gətirib. Heylinin qarın nahiyəsini

Anasının dəfninə getməyib "TikTok"da sərvət qazanmışdı - Səbəbini açıqladı

Türkiyəli məşhur şoumen Mehmet Ali Erbil aylar sonra anası Yurdagül Ekenin dəfn mərasimində iştirak etməməsinin səbəblərindən danışıb. O, uşaqlıq illərindən qalan incikliklərə toxunaraq anasını bağışladığını, lakin dəfn mərasimin

Müğənni həbsxanaya göndərildi

Türkiyədə məşhur müğənni Nil Özalpla bağlı gözlənilməz qərar verilib. İstanbulda aparılan genişmiqyaslı fond istintaqı çərçivəsində saxlanılan 20 nəfərin hamısı məhkəmə qərarı ilə həbs edilib. Onların arasında Nil Özalp d

Sezen Aksu sevənlərə pis xəbər

Türkiyəli müğənni Sezen Aksunun ötən həftə xəstəxanaya yerləşdirildiyi açıqlanıb. Ifaçı İstanbulun Nişantaşı səmtindəki özəl xəstəxanalardan birinə aparılıb. Burada 3 gün qalan Aksuya biopsiya edilib. Müğənninin səhhətind

Rihanna övladları ilə - Fotolar

Məşhur müğənni Rihanna bir reklam çəkilişi üçün övladları ilə birlikdə eyni tərzdə geyinərək kamera qarşısına keçib. Müğənni həmin fotoşəkilləri özünün "Instagram" səhifəsində paylaşıb. Onlar "Savage X Fenty"


son xeberler azerbaycan xeberleri yeni xeberler son xeberler bugun 2026 canli sou xeberler bugun şou biznes xəbərləri sonxabar