Çavuşoğlu AÇIQLADI: İrəvanla danışıqlar üçün o TƏYİN EDİLİR - FOTO
"Vaşinqtondakı keçmiş səfirimiz Serdar Kılıcı xüsusi nümayəndə təyin edəcəyik".
Publika.az "TRT Haber"ə istinadla xəbər verir ki, bunu Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu Ermənistanla normallaşma prosesi haqqında danışarkən deyib.
Qeyd edək ki, hələ dekabrın 13-də Türkiyə Böyük Millət Məclisində büdcə müzakirələrində çıxış edən Mövlud Çavuşoğlu bildirib ki, Qafqazda regional sülh və rifahı inşa etmək üçün Ankara Bakı ilə sıx diplomatik fəaliyyətdədir.
Nazir vurğulayıb ki, yaxında Ermənistanla normallaşma addımlarının atılması üçün qarşılıqlı xüsusi təmsilçilər təyin ediləcək.
"Hər addımda Azərbaycanla birlikdə hərəkət edəcəyik. Həmçinin gələcəkdə İstanbul-İrəvan arasında çarter reyslərini başladacağıq", - Çavuşoğlu deyib.
Hüseyn
Xidmetler [newsid: 0-123300]

Neft yenidən ucuzlaşdı
ABŞ-nin F-16 qırıcısı qəzaya düşdü
Hüseyn əməliyyat olundu - Foto
Bu tarixdə Bakıda qaranlıq olacaq
Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasına qatıldı
TDT-nin yeni strateji xətti: Təhlükəsizlikdən strateji tərəfdaşlığa
BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq
Bu səlahiyyət Daxili İşlər Nazirliyinə həvalə olundu
Bəhlul Mustafazadə yenə əməliyyat olundu
Avropa Liqası: daha 9 oyun baş tutacaq
17 sentyabr - Ümumdünya Pasiyent Təhlükəsizliyi Günüdür
Tələbəni xaric etmək doğru deyil' - Deputat ADMİU-dakı qalmaqaldan danışdı
Karapetyanın ev dustaqlığı daha iki ay uzadıldı
"2 milyonum olsaydı, toyda oxumazdım" - Eldəniz Məmmədov
Ağdamda toyda dava: Xəsarət alan var