Çavuşoğlu Moskvada Lavrovla danışıqlar aparacaq
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu mayın 10-da rusiyalı həmkarı Sergey Lavrovla görüşmək və Suriya üzrə dördtərəfli danışıqlarda iştirak etmək üçün Moskvaya gedəcəyini bildirib.
KONKRET.az xəbər verir ki, o, bu barədə Türkiyə mətbuatına müsahibəsində danışıb.
"Biz Moskvadan rəsmi təsdiq almışıq. Mayın 10-da Moskvaya yola düşəcəyik. Səhər mənim Lavrovla danışıqlar aparmaq imkanım olacaq və bundan sonra biz nazirlərin görüşündə iştirak edəcəyik", – Türkiyə XİN rəhbəri bildirib.
Qeyd edək ki, Ankara ilə Dəməşq münasibətlərinin nizamlanmasına dair görüşdə Rusiya, İran, Suriya və Türkiyənin nümayəndələri iştirak edəcək. İran, Suriya, Rusiya və Türkiyə xarici işlər nazirlərinin dördtərəfli görüşü aprelin 10-da keçirilməli idi, lakin may ayına təxirə salınmışdı
Turlar.az [newsid: 0-123300]

"Sabah" doğma meydanda xal itirdi
"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
Məşhur aktrisa vəfat etdi
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Benzin qiyməti kəskin ucuzlaşdı
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ərdoğan sabah Qarabağa gəlir
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi