Çavuşoğlu: "Türkiyə Azərbaycanla bağlı Rusiya ilə fəal surətdə əlaqədədir"
Türkiyə bir çox aktual məsələlərə dair, o cümlədən Suriya, Liviya və Qarabağdakı (Azərbaycan - red.qeydi) vəziyyətlə bağlı Rusiya ilə sıx əlaqədədir.
Publika.az "Sputnik"ə istinadla xəbər verir ki, bunu Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu Ankarada parlamentin planlaşdırma və büdcə komissiyasının iclasında deyib.
Onun sözlərinə görə, iki ölkənin mövqelərində fərqlər var, lakin tərəflər milli maraqlardakı həssas məqamları nəzərə almaqla konstruktiv dialoq istiqamətinə sadiqdirlər.
Cənubi Qafqazda vəziyyətə toxunan nazir bildirib ki, adıçəkilən regionda dəyişikliklər və yeniliklərə ümid yaranıb.
"Azərbaycanın işğal olunmuş torpaqları azad olunduqdan sonra bölgədə uzunmüddətli sülh üçün tarixi imkan yaranıb", - deyə türkiyəli diplomat bildirib.
Çavuşoğlu onu da deyib ki, Ankara Yerevanla münasibətlərin normallaşdırılmasına hazırdır.
"Biz ümidvarıq ki, Ermənistan bölgədə sülh və inkişaf bu imkandan yararlanacaq", - deyə Türkiyə XİN rəhbəri qeyd edib.
Kurslar.az kurslar [newsid: 0-123300]

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək