Çavuşoğlu: "Türkün yolu Zəngəzurdan və Qarabağdan keçir
Türkün yolu Türk Dövlətləri Təşkilatından, Orta Dəhlizdən, Zəngəzurdan və Qarabağdan keçir.
azxeber.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
M.Çavuşoğlu Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıcdaroğluya xitabən Türkiyənin Azərbaycandan yan keçə bilməyəcəyini deyib.
"Azərbaycandan nə istəyirsiniz? Azərbaycan Qarabağı geri alanda hər cür dəstəyi verdik. Siz "təəssüf ki, Türkiyə Azərbaycanı dəstəklədi" - dediniz.
Azərbaycan niyə hərb meydanına endi? Öz torpaqlarını geri almaq üçün. Azərbaycan Ermənistanın torpaqlarına hücum etməyib ki?", - Türkiyənin xarici siyasət idarəsinin rəhbəri Kamal Kılıcdaroğluya xitabən deyib.
Çavuşoğlu qeyd edib ki, bu gün türk dünyası güclüdür: "Öz milli müdafiə sistemlərimiz var. Düşmənə möhtac deyilik. Azərbaycandan nə istəyirsiniz? Bu gün Türkiyə böyük türk dünyasını birləşdirir. Bu gün Türkiyə Türk Dövlətləri Təşkilatının arzusunu, yəni türk dünyasının birləşmək arzusunu həyata keçirən bir ölkədir".

İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul etdi
Leyla Əliyeva Yevlaxda Cümə məscidinsə - FOTOLAR
Bank of Baku-dan növbəti aksiya: sahilyanı ərazilər təmizləndi
DÇ-2026: İspaniya və Portuqaliya 1/8 finalda
"Qarabağ" "Ferentsvaroş"dan futbolçu alır - Foto
Arman Abovyan: "Ermənistan "Qərbi Azərbaycan" layihəsinə xidmət edən surroqat quruma çevrilir"
Azərbaycanda şirkətlərdən birində milyonluq yeyinti ÜZƏ ÇIXDI - HƏBS EDİLƏNLƏR VAR
Ermənistan bu dəmir yolunun bərpasına başladı
Tanınmış musiqiçi qəzada həlak oldu - FOTO
Urmiyalı gözəl 75 yaşında öldürüldü
Göldən tapılan həkim şəhid qızı imiş - atası ilə eyni yaşda