Çavuşoğludan "Qardaş Ermənistan" ifadəsini səsləndirən deputata ŞİLLƏ KİMİ CAVAB
Türkiyə Xalqların Demokratik Partiyası üzvü, TBMM-in Diyarbəkir millət vəkili Qaro Paylanın "Mənim bir xəyalım var: Türkiyənin "Qardaş Azərbaycan" dediyi kimi "Qardaş Ermənistan" da deyə bilməsidir" ifadələri Xarici İşlər naziri Mövlud Çavuşoğlunu qəzəbləndirib.
Publika.az-ın məlumatına görə, Çavuşoğlu Türkiyə Böyük Millət Məclisinin 2021-ci il üzrə Plan və Büdcə Komissiyasında millət vəkilinə sərt reaksiya verib.
"Bu günə qədər Ermənistan Azərbaycanın işğal edilmiş torpaqlarından çəkilsin" dedinizmi? Heç vaxt "Dağlıq Qarabağ Azərbaycan ərazisidir, Ermənistan buradan çıxmalıdır" demədiniz", - Çavuşoğlu deputata cavabında bildirib.
Çavuşoğlu Rusiya, Azərbaycan və Ermənistanın üçtərəfli bəyanatının imzalandığını xatırladaraq bu çərçivədə Türkiyənin yerində monitorinq, analiz, sənədləşdirmə və lazımi addımları atma, tədbirlər görmə mövzusunda Rusiya ilə əlavə razılaşma imzaladığını qeyd edib: "Ermənistan torpaqlardan çıxsa və normallaşma dövrü başlasa, Azərbaycan ilə birlikdə qərar verəcəyik. Birlikdə addım atacağıq. Bunu heç kim yadırğamasın. Normallaşma olsa, ən çox Ermənistan və xalqı bundan faydalanacaq. Başqasının torpaqları üzərində səltənət daimi olmaz".
Zümrüd

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək