Çavuşoğlundan DİPLOMATİK GEDİŞ: Yunan naziri susdurub Şimali Kiprə getdi - VİDEO
Ankarada səfərdə olan Yunanıstan xarici işlər naziri Nikos Dendiasın türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birgə mətbuat konfransı zamanı xoşagəlməz hadisə yaşanıb.
Publika.az "ÜLKE" TV-yə istinadla xəbər verir ki, yunanıstanlı nazirin əsassız ittihamları Türkiyə XİN rəhbəri M.Çavuşoğlunu qəzəbləndirib.
"Türkiyə hüquqlarımızı, suverenliyimizi pozmağa davam edərsə, sanksiyalar yenidən gündəmə gələcək", - deyə N.Dendias bəyan edib.
"Türkiyə ilə Yunanıstan arasında ikitərəfli münasibətlərin pozitiv bir mühitdə keçirilməsini arzu edirik, lakin yunan həmkarım Türkiyə haqqında qəbuledilməz ittihamlar səsləndirdi. Cənab Dendiasın mətbuatın önündə millətimizi, dövlətimizi ağır şəkildə ittiham etməsini qəbul etmirəm", - deyə Çavuşoğlu etiraz edib.
Bildirək ki, Mövlud Çavuşoğlu mətbuat konfransından bir neçə saat sonra, gecə saatlarında Şimali Kipr Türk Cümhuriyətinə səfər edib. Səfərlə bağlı onun "Facebook" səhifəsində paylaşım edilib:
"Milli davamızı yeni bir vizyonla birlikdə müdafiə etmək üçün Şimali Kipr Türk Cümhuriyətindəyik", - deyə XİN rəhbəri vurğulayıb.
Ətraflı video materialda.
Hüseyn
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək