Çəkiliş zamanı Alek Bolduinin operatoru güllələməsi ilə bağlı işdə ilk hökm oxundu - FOTO
Çəkiliş zamanı Alek Bolduinin operatoru güllələməsi ilə bağlı işdə ilk hökm oxundu - FOTO
ABŞ-nin Nyu-Meksiko ştatının hakimi "Rust" ("Pas") filminin çəkiliş meydançasında silahlara cavabdeh olan Hanna Qutyerres-Ridi ehtiyatsızlıqdan adam öldürmə ittihamı ilə 18 ay həbs cəzasına məhkum edib.
Rekvizitçi ona qarşı irəli sürülən ittihamlara görə ən yüksək cəzaya məhkum edilib. Hakim hökmü elan edərək qeyd edib ki, müttəhim çəkiliş meydançasında istifadə edilən silahlara görə məsuliyyət daşısa da, baş verənlərdən peşman olmayıb.
Məhkəmə zamanı prokurorlar Hannanın telefon zənglərini həbsxanadan dinlədiklərini bildiriblər. Onların sözlərinə görə, qadın anası və vəkilinin köməkçisi ilə söhbətində hakimləri "axmaqlar" adlandırıb.
İttihamçı tərəfin fikrincə, Hanna çəkilişdən əvvəl silahın təhlükəsizliyi yoxlanışını aparmayıb, buna görə də o, silahda altı həqiqi patronun olmasına diqqət etməyib, onları saxta silahdan fərqləndirməyib.
Hannanın vəkili isə qətldə silahdan atəş açan Alek Bolduinin günahkar olduğunu iddia edib və müvəkkilinin "günah keçisi" olduğunu deyib. Müdafiə tərəfinin dediyinə görə, aktyor setdə silahla təhlükəsiz davranma qaydalarına əməl etməyib.
Xatırladaq ki, 2021-ci ildə "Western"in çəkiliş meydançasında Bolduin hazır olan silahdan təsadüfən atəş açıb. Nəticədə operator Qalina Hançins və rejissor Coel Sousa yaralanıblar. Operatorun həyatını xilas etmək mümkün olmayıb.
Yanvar ayında Bolduinə qarşı "ehtiyatsızlıqdan adam öldürmə" ittihamı təsdiqlənib. Onun işinə cari ilin iyul ayında baxılacaq.



Mənbə: Kommersant / oxu.az

Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
Qarabağa köçən məşhurlar - SİYAHI
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Mercedes-Benz Almaniyadakı zavodlarına investisiyaları dayandırır – Müəssisələrin bağlanması gündəmdədir
Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək
Millətlər Liqası: Bu gün daha 10 oyun var
Ağ Evin yanında banket zalı tikilir – Tarixi binanın yanında tikilən obyekt amerikalıların etirazına səbəb oldu
Polis kafedəki insidentlə bağlı daha 3 nəfəri saxladı
Bakıda kütləvi dava: bıçaqlananlar var