"Çelsi" tarixində ikinci dəfə UEFA Super Kubokunu qazandı

Şimali İrlandiyanın paytaxtı Belfastda UEFA Super Kuboku uğrunda oyun keçirilib.
Publika.az xəbər verir ki, İngiltərənin "Çelsi" və İspaniyanın "Vilyarreal" klubları "Uindzor Park" stadionunda üz-üzə gəlib. Qarşılaşmanı rusiyalı FIFA referisi Sergey Karasyov idarə edib.
Oyunun əsas vaxtı 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. 27-ci dəqiqədə "zadəganlar"dan Hakim Ziyeşin qoluna 73-cü dəqiqədə "sarı sualtı qayıq"dan Jerar Moreno cavab verib. Əlavə vaxtda bu hesab dəyişmədiyindən, penaltilər seriyasına müraciət olunub. Bu zaman daha dəqiq olan "Çelsi" 6:5 hesabı ilə qalib gələrək, tarixində ikinci dəfə UEFA Super Kubokunu qazanıb. "Zadəganlar" ilk dəfə bu titula 1998-ci ildə İspaniyanın digər təmsilçisi "Real Madrid" üzərində 1:0 hesablı qələbə sayəsində nail olublar.

Qeyd edək ki, "Çelsi" Çempionlar Liqasının, "Vilyarreal" isə Avropa Liqasının son qalibi kimi Superkubok matçında oynamaq hüququ qazanıb. La Liqa təmsilçisi "Qarabağ"ın da yer aldığı I qrupunu lider kimi tamamlayıb.
Koronavirus pandemiyası səbəbindən stadiona ümumi azarkeş tutumunun 70 faizi qədər - 13 000 tamaşaçı buraxılıb.
İndiyədək bu titula ən çox İspaniya "Barselona"sı ilə İtaliya "Milan"ı sahib çıxıb. Hər iki komanda 5 dəfə qələbə sevinci yaşayıb. Son 12 Superkubok görüşünün 9-da İspaniya təmsilçiləri qalib gəlib. Bunlar "Barselona" (2009, 2011, 2015), "Atletiko" (2010, 2012, 2018) və "Real Madrid"dir (2014, 2016, 2017). Ümumilikdə isə titula 12 ölkədən 25 fərqli komanda yiyələnib.
UEFA Super Kuboku
11 avqust
23:00. "Çelsi" (İngiltərə) - "Vilyarreal" (İspaniya) - 1:1 (ƏLAVƏ VAXT - 0:0, PENALTİLƏRLƏ - 6:5)
Qollar: Hakim Ziyeş, 27 - Jerar Moreno, 73
Penaltilər:
Kay Haverts (0:0)
Jerar Moreno (0:1)
Sesar Aspilikueta (1:1)
Aissa Mandi (1:1)
Markos Alonso (2:1)
Pervis Estupinan (2:2)
Meyson Maunt (3:2)
Moyses Qomes (3:3)
Jorjinyo (4:3)
Dani Paba (4:4)
Kristian Pulişiç (5:4)
Xuan Foyt (5:5)
Antonio Rüdiger (6:5)
Raul Albiol (6:5)
Baş hakim: Sergey Karasyov (Rusiya)
Belfast. "Uindzor Park" stadionu.

İdman       Tarix: 12 avqust 2021
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

"Sabah" UEFA Çempionlar Liqasında tarixə düşdü

"Sabah" UEFA Çempionlar Liqasında qeydə aldığı göstərici ilə fərqlənib. xəbər verir ki, "OptaJoe"nun paylaşdığı statistikaya əsasən, Bakı klubu turnirin tarixində ardıcıl üç oyunun ilk dəqiqələrindən etibarə

Bakıda FIFA DÇ həyəcanı başlayır

Bu gün Bakıda 15 yaşadək futbolçular arasında dünya çempionatı və festivalı start götürəcək. xəbər verir ki, tarixdə ilk dəfə təşkil olunacaq mundiala Azərbaycan ev sahibliyi edəcək. Dünya çempionatında 189 ölkənin iştirak

"Neftçi" yenidən önə keçdi - Canlı-Yenilənir

Misli Premyer Liqasında 8-ci tur davam edir. . xəbər verir ki, Turun mərkəzi matçında "Qarabağ" "Neftçi" ilə üz-üzə gələcək. Qeyd edək ki, tura sabah keçiriləcək iki görüşlə yekun vurulacaq. Misli Premye

Oyun başlayan kimi qol buraxdı: Noyerdən gözlənilməz xəta 

"Bayern Münhen"in təcrübəli qapıçısı Manuel Noyer inanılmaz səhvə imza atıb. xəbər verir ki, almaniyalı qolkiperin xətası nəticəsində Münhen təmsilçisi qarşılaşmanın 8-ci saniyəsində hesabda geri düşüb. Meydan sahiblər

Konfrans Liqası: I turun oyunlarına start verilir

UEFA Konfrans Liqasında Liqa mərhələsinin I turunun oyunlarına bu gün start veriləcək. KONKRET.azxəbər verir ki, Türkiyənin "Trabzonspor" klubu səfərdə "KuPS"la üz-üzə gələcək. UEFA Konfrans Liqası. Liq

"Sabah"ın baş məşqçisi: "Hər kəs bizdən qələbə gözləyir"

Hər kəs "Sabah" komandasından "Slaviya" ilə qarşılaşmada qələbə gözləyir. KONKRET.azxəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının əsas mərhələsind

Azərbaycan UEFA reytinqində irəlilədi

Azərbaycan UEFA reytinqində bir pillə irəliləyib. xəbər verir ki, bu, "Sabah"ın UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda Çexiyanın "Slaviya" komandasını məğlub etməsi (2:0) sayəsində mümkü

Millimiz dünya çempionatına qələbə ilə başladı

Azərbaycan millisi Bakıda keçirilən 15 yaşadək futbolçular arasında dünya çempionatı və festivalında mübarizəyə başlayıb. KONKRET.azAZƏRTAC-a istinadən xəbər verir ki, U-16 yığmamız Bakı Kristal Zalında Timor-Leste komandas

"Qarabağ" "Neftçi"yə, "Qəbələ" "Sabah"a qarşı

Misli Premyer Liqasında 8-ci tur davam edir. . xəbər verir ki, ikinci oyun günündə daha iki matç keçiriləcək. Əvvəlcə "Qəbələ" öz meydanında "Sabah"ı qəbul edəcək. Bölgə təmsilçisi hazırda 4 xalla 10-cu


son xeberler azerbaycan xeberleri yeni xeberler son xeber.az cebheden xeber kriminal xeber kriminal bugun