Çempionlar Liqası: "Neftçi" Bakıda da "Dinamo"nu məğlub etdi (YENİLƏNDİ)

Çempionlar Liqası: "Neftçi" UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinin cavab oyununda Gürcüstanın "Dinamo" (Tbilisi) komandası ilə qarşılaşıb.
Publika.az xəbər verir ki, "Bakcell Arena"da keçirilən görüş Tbilisidə olduğu kimi flaqmanın 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Qitənin ən nüfuzlu klub turnirində yubiley – 20-ci oyununa çıxan meydan sahibləri matça fəal başlayıblar. Paytaxt təmsilçisi 24-cü dəqiqədə qola yaxın olsa da, Yusuf Lavalın sol cinahdan ötürməsinə Sezar Meza Kolli toxuna bilməyib. Qonaqların buna cavabı daha təhlükəli alınıb. Cinah ötürülən topu Giorgi Qabedava başla qapıya göndərsə də, Aqil Məmmədov rəqib hücumçunun fərqlənməsinə imkan verməyib. 44-cü dəqiqədə Qabedava növbəti dəfə diqqət mərkəzinə düşüb. Bu dəfə onun zərbəsində azacıq dəqiqlik çatmayıb. Birinci hissə qolsuz bərabərliklə yekunlaşıb.
İkinci yarının startında "Neftçi"nin heyətində Mamadu Mboc kobud səhvə yol verib. Amma Gürcüstan təmsilçisi oyunçunun bu "hədiyyə"sindən istifadə edə bilməyib. Buna baxmayaraq, 51-ci dəqiqədə "Dinamo" Milan Radinin qolu ilə hesabı açıb. Lakin qonaqların sevinci cəmi 7 dəqiqə çəkib. Cərimə meydançasında Meza Kolliyə qarşı kobudluqdan sonra təyin olunmuş penaltini kapitan Emin Mahmudov dəqiq yerinə yetirib. Hesabı bərabərləşdirdikdən sonra hücuma daha inamla atılan "ağ-qaralar" 68-ci dəqiqədə 2-ci topu vurublar. İlk oyunda rəqib qapısına yol tapan Namik Ələskərov cavab matçında da adını tabloya yazdırıb. Oyunun sonlarına doğru "Dinamo" hesabı bərabərləşdirsə də, yan xətt hakimi ofsayd qeydə alıb. Görüşün əsas vaxtına əlavə olunmuş 3-cü dəqiqədə "Neftçi"nin yarımmüdafiəçisi Mamadu Kane topu boş qapıdan çıxarıb.
Beləliklə, evdə əzmkar qələbə qazanan "Neftçi" II təsnifat mərhələsinə yüksəlib. Komandanın növbəti raunddakı rəqibi Yunanıstan "Olimpiakos"u olacaq. İlk oyun iyulun 21-də səfərdə, cavab görüşü isə 1 həftə sonra Bakıda keçiriləcək. "Dinamo" isə mübarizəni Konfrans Liqasında davam etdirəcək.
xxx
22:31
"Neftçi" və Gürcüstanın "Dinamo" (Tbilisi) komandaları arasında UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununda 3-cü qol vurulub.
Publika.az xəbər verir ki, 68-ci dəqiqədə "ağ-qaralar"ın heyətində Namik Ələskərov fərqlənib - 2:1.
xxx
22:14
"Neftçi" və Gürcüstanın "Dinamo" (Tbilisi) komandaları arasında UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununda hesab bərabərləşib.
Publika.az xəbər verir ki, 58-ci dəqiqədə "ağ-qaralar"ın kapitanı Emin Mahmudov penaltidən fərqlənərək, tarazlığı bərpa edib - 1:1.
xxx
22:07
"Neftçi" və Gürcüstanın "Dinamo" (Tbilisi) komandaları arasında UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununda hesab açılıb.
Publika.az xəbər verir ki, 51-ci dəqiqədə Milan Radin Tbilisi təmsilçisini önə keçirib.
xxx
21:12
"Neftçi" və Gürcüstanın "Dinamo" (Tbilisi) komandaları arasında UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunu başlayıb.
Publika.az xəbər verir ki, "Bakcell Arena"da keçirilən qarşılaşma saat 21:00-da start götürüb. Matçı moldovalı FIFA referisi Dumitri Muntean idarə edir.
Qeyd edək ki, Tbilisidəki ilk görüş "Neftçi"nin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

İdman       Tarix: 15 iyul 2021
f Paylaş

Oxşar xəbərlər

Farslar təhqir yağdırdı, "Traktor" oyundan imtina etdi

Oktyabrın 18-də İran Premyer Liqasının IX turu çərçivəsində Gilan əyalətinin Ənzəli şəhərində keçirilməsi planlaşdırılan matçda Təbrizin "Traktor" komandası meydana çıxmaqdan imtina edib. KONKRET.azxəbər verir ki

"Qarabağ" "Sabah"ı təbrik etdi

"Qarabağ" klubu "Sabah"ı UEFA Çempionlar Liqasının Liqa mərhələsində ilk qələbəsini qazanması münasibətilə təbrik edib. xəbər verir ki, Ağdam təmsilçisi bununla bağlı rəsmi sosial şəbəkə hesabında paylaşı

Bakıda FIFA DÇ həyəcanı başlayır

Bu gün Bakıda 15 yaşadək futbolçular arasında dünya çempionatı və festivalı start götürəcək. xəbər verir ki, tarixdə ilk dəfə təşkil olunacaq mundiala Azərbaycan ev sahibliyi edəcək. Dünya çempionatında 189 ölkənin iştirak

"Turan Tovuz" "İmişli"yə, "Zirə" "Kəpəz"ə qarşı 

Misli Premyer Liqasında VII tura bu gün yekun vurulacaq. xəbər verir ki, son olaraq iki qarşılaşma keçiriləcək. Günün ilk oyununda "Turan Tovuz" səfərdə "İmişli" ilə üz-üzə gələcək. Matç saat 15:00-d

ÇL: "Sabah"ın oyununa hansı kanalda baxaq?

UEFA Çempionlar Liqasının Liqa mərhələlərində bu gün keçiriləcək bəzi oyunlara Azərbaycan və Türkiyə telekanalları vasitəsi ilə canlı yayımla baxmaq mümkün olacaq. xəbər verir ki, qarşılaşmalar aşağıda adları qeyd oluna

Kokauri gümüş medal qazandı

Azərbaycan cüdoçusu Uşanqi Kokauri Bakıda keçirilən cüdo üzrə dünya çempionatında final görüşünə çıxıb. xəbər verir ki, o, +100 kq çəki dərəcəsində İnal Tasoevlə üz-üzə gəlib. İdmançımız bu görüşdə məğlub olaraq gümüşlə kifayətləni

"Sabah"ın baş məşqçisi: "Hər kəs bizdən qələbə gözləyir"

Hər kəs "Sabah" komandasından "Slaviya" ilə qarşılaşmada qələbə gözləyir. KONKRET.azxəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının əsas mərhələsind

Azərbaycan UEFA reytinqində irəlilədi

Azərbaycan UEFA reytinqində bir pillə irəliləyib. xəbər verir ki, bu, "Sabah"ın UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda Çexiyanın "Slaviya" komandasını məğlub etməsi (2:0) sayəsində mümkü

ÇL: Bu gün daha 9 oyun var

Bu gün UEFA Çempionlar Liqasının 2026/27 mövsümünün Liqa mərhələsində II turun son oyunları keçirilir. KONKRET.azxəbər verir ki, turun ikinci oyun günündə də futbol azarkeşlərini maraqlı qarşılaşmalar gözləyir. 21 oktyabr


son xeberler azerbaycan xeberleri yeni xeberler bugünkü son xəbərlər bugünki xəbərlər son xeberler bugun 2026 canli son xeber 2026