Çempionlar Liqasının bütün yarımfinalçıları müəyyənləşdi
Aprelin 14-də futbol üzrə UEFA Çempionlar Liqasında dörddəbir final mərhələsinə yekun vurulub.
Publika.az xəbər verir ki, son oyun günündə gerçəkləşən iki qarşılaşmadan sonra yarımfinalın bütün iştirakçıları müəyyənləşib.
İngiltərədəki ilk matçda "Mançester Siti"yə 1:2 hesabı ilə uduzan Almaniyanın "Borussiya Dortmund" klubu bu dəfə rəqibi ilə doğma meydanda üz-üzə gəlib. Görüş Dortmund təmsilçiləri üçün yaxşı başlayıb. Oyunun 15-ci dəqiqəsində meydan sahibləri hesabda önə çıxıb. Jude Bellingham fərqlənib. Hesabı qorumağa çalışan "Borussiya" qoldan sonra müdafiə oturaraq rəqibin qarşılıqlı hücumları ilə üzləşib.
Buna baxmayaraq birinci hissə "Borussiya Dortmund"un minimal hesablı qələbəsi ilə başa çatıb.
Fasilədən sonra hücumlarını kəsərin artıran "Mançester Siti" rəqibin qapısına ardıcıl iki qol vurub. Matçın 50-ci dəqiqəsində Riad Mahrez penaltini dəqiq yerinə yetirib, 75-ci dəqiqədə isə Filip Foden komandasının qələbə topunu vurub.
Beləliklə, hər iki oyunda eyni hesabla qələbə qazanan "Mançester Siti" yarımfinala vəsiqəni təmin edib.
Gecənin digər oyunu İngiltərədə "Liverpul"la İspaniyanın "Real Madrid" klubları arasında baş tutub. Madriddəki ilk qarşılaşmada rəqibini 3:1 hesabı ilə məğlub edən "kral klubu" cavab görüşündə qolsuz heç-heçə edərək qitənin ən nüfuzlu klub turnirinin yarımfinalına adlayıb.
Qeyd edək ki, yarımfinal mərhələsində "Paris Sen-Jermen" - "Çelsi" ilə, "Mançester Siti" isə "Real Madrid" komandası ilə qarşılaşacaq. Həmin görüşlərin ilk oyunları aprelin 27-28-də, cavab qarşılaşmaları mayın 4-5-də oynanılacaq. Qitənin ən nüfuzlu klub turnirinin final görüşü isə mayın 29-da İstanbuldakı Atatürk Olimpiya Stadionunda keçiriləcək.

Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - FOTOLAR
İki güləşçimiz dünya çempionatının finalında
Nev vəfat etdi
Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti
Azərbaycan bizim dəyərli tərəfdaşımızdır – Yaponiya XİN
Dövlət inhisarları rəqabətə açılacaq: Hansı sahələr özəl sektora verilə bilər?
"Qızım babası kimi siyasətçi olacaq
Bakıda kütləvi insidentlə bağlı saxlanılanlar hakim qarşısına çıxarılıb
Azərbaycanın Qazaxıstandakı səfirliyi finala yüksələn güləşçilərimizə uğurlar arzulayıb