Çempionlar Liqasının ikinci yarımfinalçısı məlum oldu

Çempionlar Liqasının ikinci yarımfinalçısı məlum olduAvqustun 13-də UEFA Çempionlar Liqasının dörddəbir final mərhələsinin ikinci qarşılaşması keçirilib.
Publika.az xəbər verir ki, Lissabondaki "Estadio Jose Alvalade" stadionunda oynanılan görüşdə "Leyptsiq" (Almaniya) və "Atletiko Madrid" (İspaniya) komandaları üz-üzə gəlib.
Gərgin keçən oyunun ilk hissəsində hesab açılmayıb.
Fasilədən sonra "Leyptsiq" hesabı açıb. Görüşün 50-ci dəqiqəsində Marsel Sabitserin cinah ötürməsindən sonra Dani Olmo qapıya dəqiq zərbə vurub. Qarşılaşmanın 71-ci dəqiqəsində madridlilər hesaba tarazlıq gətirib. Hakimin təyin etdiyi penaltini yenicə meydana çıxmış Joao Feliks səhvsiz yerinə yetirib. Matçın başa çatmasına üç dəqiqə qalmış "Leyptsiq" yenidən hesabda önə keçib. Tyler Adamsın uzaq məsafədən vurduğu zərbə rəqibin müdafiəçisinə dəyib və istiqamətini dəyişib. Bu zərbəni dəf etmək "Atletiko"nun qapıçısı Yan Oblak üçün çətin olub. Qalan dəqiqələrdə Madrid təmsilçisinin qol vurmaq şansı olsa da, hesab dəyişməyib və "Leyptsiq" qitənin ən nüfuzlu klub turnirinin yarımfinal mərhələsinə vəsiqə qazanıb.
Almanlar növbəti mərhələdə "Paris Sen-Jermen" (Fransa) klubu ilə üz-üzə gələcək.
Dörddəbir final mərhələsinin digər oyunlarında "Barselona" (İspaniya) - "Bavariya" (Almaniya) və "Mançester Siti" (İngiltərə) - "Lion" (Fransa) üz-üzə gələcəklər. Həmin oyunlar isə müvafiq olaraq avqustun 14-15-də təşkil olunacaq.
Qeyd edək ki, UEFA Çempionlar Liqasının qarşılaşmaları "8-lər finalı" formatında Portuqaliyanın paytaxtı Lissabonda oynanılır.

İdman       Tarix: 14 avqust 2020
f Paylaş

Oxşar xəbərlər

"Qalatasaray" Fransadan qalib qayıdır

Bu gün UEFA Çempionlar Liqasında II tura yekun vurulur. xəbər verir ki, sonuncu oyun günündə 9 qarşılaşma baş tutur. Türkiyə təmsilçisi "Qalatasaray" səfərdə "Lill"lə qarşılaşıb. Oyun İstanbul klubunu

ÇL: Bu gün daha 9 oyun var

Bu gün UEFA Çempionlar Liqasının 2026/27 mövsümünün Liqa mərhələsində II turun son oyunları keçirilir. KONKRET.azxəbər verir ki, turun ikinci oyun günündə də futbol azarkeşlərini maraqlı qarşılaşmalar gözləyir. 21 oktyabr

Konfrans Liqası: I turun oyunlarına start verilir

UEFA Konfrans Liqasında Liqa mərhələsinin I turunun oyunlarına bu gün start veriləcək. KONKRET.azxəbər verir ki, Türkiyənin "Trabzonspor" klubu səfərdə "KuPS"la üz-üzə gələcək. UEFA Konfrans Liqası. Liq

Xankəndi Ultramarafonuna yekun vuruldu

II Beynəlxalq Xankəndi Ultramarafonunun dördüncü – son mərhələsi başa çatıb. Report-a istinadla xəbər verir ki, marafonun 4-cü mərhələsi Ağdam şəhərindən bu gün səhər start götürüb, iştirakçılar 29,2 km məsafə qət ediblər

"Sabah" UEFA Çempionlar Liqasında tarixə düşdü

"Sabah" UEFA Çempionlar Liqasında qeydə aldığı göstərici ilə fərqlənib. xəbər verir ki, "OptaJoe"nun paylaşdığı statistikaya əsasən, Bakı klubu turnirin tarixində ardıcıl üç oyunun ilk dəqiqələrindən etibarə

İki güləşçimiz dünya çempionatının finalında

Azərbaycanın iki güləşçisi dünya çempionatında finala vəsiqə qazanıb. KONKRET.azxəbər verir ki, Astanada keçirilən yarışda yunan-Roma güləşçiləri Eldəniz Əzizli və Sənan Süleymanov həlledici görüşə vəsiqə əldə edib. Onla

7 qat Azərbaycan çempionu diskvalifikasiya olundu

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) boksçu Daniel Holostenkonu iki il müddətinə cəzalandırıb. xəbər verir ki, bu barədə AMADA-dan məlumat verilib. Bildirilib ki, idmançı tərəfindən məkan məlumatı pozuntusu aşkarlanıb

Farslar təhqir yağdırdı, "Traktor" oyundan imtina etdi

Oktyabrın 18-də İran Premyer Liqasının IX turu çərçivəsində Gilan əyalətinin Ənzəli şəhərində keçirilməsi planlaşdırılan matçda Təbrizin "Traktor" komandası meydana çıxmaqdan imtina edib. KONKRET.azxəbər verir ki

Qazancına görə bütün futbolçuları geridə qoydu

Portuqaliyalı futbolçu Kriştiano Ronaldo 2 milyard dollardan çox qazanan ilk aktiv idmançıdır. xəbər verir ki, hesablamaya vergilər və agent haqları xaric olmaqla maaşlar, bonuslar, reklamlar və biznes gəlirləri daxildir


azerbaycan xeberleri yeni xeberler son xeberler xeber az ən son xəbərlər bugün kriminal bugun qarabag