Cənubi Koreyanın atdığı ballistik raket öz ərazisinə düşdü
Cənubi Koreya ordusunun təlim zamanı atdığı "Hyumoo-2" ballistik raketi ölkənin şərqindəki Qanqnyonq şəhəri yaxınlığında Hərbi Hava Qüvvələri bazasına düşüb.
KONKRET.az xəbər verir ki, bu barədə "Associated Press" (AP) məlumat yayıb.
Bildirilib ki, raket yerə düşərək partlayıb.
Partlayış KXDR-in hücumlarından ehtiyat edən şəhər sakinləri arasında panikaya səbəb olub.
Hakimiyyət orqanları bir neçə saat ərzində insidentlə bağlı şərh verməyib.
Daha sonra Cənubi Koreya Silahlı Qüvvələrinin Birləşmiş Qərargahı insident nəticəsində itkilərin olmadığını və mülki obyektlərə ziyan dəymədiyini bildirib.
Məlumata görə, "Hyumoo-2" raketləri Cənubi Koreyanın KXDR-ə qarşı cavab zərbələri strategiyasında əsas rol oynayır.
Qeyd edək ki, Cənubi Koreya və ABŞ hərbçiləri KXDR-in raket buraxılışına cavab olaraq dörd "yer-yer" raketini sınaqdan keçirib.
Digər tərəfdən Şimali Koreya bu il 40-a yaxın ballistik raket buraxıb. 2017-ci ildə Pxenyan ABŞ ərazisinə çata bilən raketləri sınaqdan keçirib.
İqbal Rzayev,
KONKRET.az
Kurslar.az kurslar [newsid: 0-123300]

Xalidə Gözəl vəfat etdi
İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır