Cənubi Qafqazda real sülh mövcuddur - Prezidentin köməkçisi

Cənubi Qafqazda real sülh mövcuddur - Prezidentin köməkçisi"Qafqazda sülh şəraitində yaşamağı öyrənirik".
azxeber.com xəbər verir ki, bunu V Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən "Cənubi Qafqaz: Formalaşmaqda olan strateji Mərkəz" panelində Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
"Azərbaycan Prezidentinin də ifadə etdiyi kimi, biz Qafqazda sülh şəraitində yaşamağı öyrənirik. Bu, sadə səslənsə də, əslində, mürəkkəb və yeni bir prosesdir. Çünki Qafqaz uzun müddət sülh təcrübəsinə malik olmayıb. Bu gün isə bu hiss tamamilə yeni və dəyərli bir təcrübədir və onu qorumaq, praktik addımlarla möhkəmləndirmək vacibdir. Sülh yalnız müharibənin olmaması demək deyil, bu daha geniş anlayışdır və kompleks yanaşma tələb edir. Keçmişin çətinliklərini inkar etmək mümkün deyil, lakin biz artıq gələcəyə baxırıq. Bu yanaşma Azərbaycanın xarici siyasətində də özünü göstərir. Ölkə yalnız Cənubi Qafqazla məhdudlaşmır, eyni zamanda çoxşaxəli geosiyasi kimliyini inkişaf etdirir. Bir tərəfdən Azərbaycan Cənubi Qafqaz ölkəsidir, digər tərəfdən isə Mərkəzi Asiya ilə etnik və mədəni bağlılıqlara malikdir. Eyni zamanda Türk Dövlətləri Təşkilatı çərçivəsində Türk dünyasının bir hissəsidir. Bundan əlavə, Yaxın Şərqə yaxınlığı da ölkəyə əlavə geosiyasi imkanlar yaradır. Türkiyə–Azərbaycan–Suriya əməkdaşlığı bunun bariz nümunəsidir. Nəticə etibarilə, Cənubi Qafqazda real sülh mövcuddur və Azərbaycan bu sülhün möhkəmləndirilməsi üçün bütün səylərini davam etdirəcək. Azərbaycanın diplomatik cəsarəti nəticəsində regionda qısa müddətdə real, faktiki sülh əldə olunub. Müqayisə üçün qeyd edim ki, Avropada İkinci Dünya müharibəsindən sonra sülh razılaşmalarına gəlmək illər çəkdi. Ermənistan və Azərbaycan isə 2023-cü ildən sonra iki ildən az müddətdə praktik və praqmatik addımlarla real sülhə nail ola bilib", - deyə Hikmət Hacıyev qeyd edib.

Siyasi       Tarix: 17 aprel 2026
f Paylaş

Oxşar xəbərlər

Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb

Azərbaycanın Baş naziri Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb. xəbər verir ki, Əli Əsədovu Tbilisi Beynəlxalq Hava Limanından Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvil

Prezident onları təltif etdi - Adlar

Azərbaycanda kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif edilib. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanda kənd təsərrüfatının inkişafınd

Xidməti maşından şəxsi maraqlar üçün istifadə - Qadağan olunur

Vəzifəli şəxslərin xidməti maşınlarından istifadəsi ilə bağlı qanunvericiliyə dəyişiklik olunur. Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Müdafiə, təhülkəsizlik və korrupsiya ilə mübaizə komitəsinin bu gü

Ağ Evə tanklardan atəş açılan gün: Rusiyada diktatura yolunun başlanğıcı

1993-cü ilin oktyabrında Rusiyada baş verən hakimiyyət böhranı təkcə prezidentlə parlament arasında siyasi qarşıdurma deyildi. Bu, ölkənin gələcək idarəçilik modelini müəyyən edən, yüzlərlə insanın həyatına son qoyan və Rusiyad

Oktyabr ayında mediada ən fəal deputatlar məlum oldu - SİYAHI

2026-cı ilin oktyabr ayında Azərbaycan Milli Məclisinin deputatlarının mediada fəallıq göstəriciləri məlum olub. xəbər verir ki, "MediaTrends" platformasının təqdim etdiyi statistikaya əsasən, siyahıya deputat Zahi

Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İspaniyanın Baş naziri Pedro Sançesə başsağlığı məktubu ünvanlayıb. xəbər verir ki, məktub Azərbaycan Prezidentinin sosial şəbəkə hesablarında dərc edilib. Məktubda qey

Zelenskidən ŞOK "Yalta-2" XƏBƏRDARLIĞI: Tramp, Putin və Si Cinpinin gizli planından QORXUR

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ, Rusiya və Çin liderlərinin noyabr ayında baş tutması ehtimal olunan mümkün görüşünün dünyada nüfuz dairələrinin yenidən bölüşdürülməsinə səbəb ola biləcəyindən ciddi şəkildə ehtiya

Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib

İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Çin Xalq Respublikasında (ÇXR) müəyyən edilən daha bir şəxsin oktyabrın 28-də nazirlik tərəfindən Azərbaycana ekstradisiyası həyat

Ceyhun Bayramov Hakan Fidanla görüşdü – FOTOLAR

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada türkiyəli həmkarı Hakan Fidanla görüşüb.  xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb. Görüş Ankarada TDT XİN Şurasının iclası çərçivəsind


azerbaycan xeberleri yeni xeberler son xeberler cəbhədən şad xəbər xeber az oxu.az xeberler sonxəbərlər