Çexiya Prezidenti Ukraynanı təmkinli olmağa SƏSLƏDİ
Çexiya Prezidenti Petr Pavel Ukrayna Silahlı Qüvvələrini təmkinli olmağa çağırıb.
KONKRET.azxəbər verir ki, bunu Çexiya Prezidenti yerli mətbuata müsabiəsində deyib.
Çexiya liderinin sözlərinə görə, Ukrayna hərbçilərinin Rusiya müdafiə xəttini yarması barədə məlumat heç də dönüş nöqtəsi deyil:
"Bu, əslində cəbhənin kiçik bir hissəsidir və kilometrlərlə Rusiyanın müdafiə xətti mövcuddur. Həmin müdafiə xətləri isə çox yaxşı təchiz olunub".
Bundan əvvəl ABŞ-ın dövlət katibi Entoni Blinken Kiyevə səfəri zamanı bildirib ki, Birləşmiş Ştatlar Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatında nəzərə çarpan irəliləyiş görüb:
"Biz əks-hücumda əhəmiyyətli irəliləyiş gördük, bu çox sevindiricidir. Biz istəyirik ki, Ukrayna təkcə əks-hücumda uğur qazanmaq üçün deyil, həm də uzunmüddətli perspektivdə güclü müdafiə imkanları təmin etmək üçün lazım olan hər şeyə malik olsun" – deyə Blinken bildirib.
Eyni zamanda, bir çox Qərb mediası Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatının gedişinə münasibət bildirrərkən yazırlar ki, silah təchizatının həcmi ilə irəliləyiş tempi arasında uyğunsuzluq var.
Vəli Həsənov,
KONKRET.az

"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
Məşhur aktrisa vəfat etdi
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Ərdoğan sabah Qarabağa gəlir
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
Azərbaycanda 'xruşşovka'ların sökülməsinə hazırlıq gedir?
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Leyla və Arzu Əliyevalar 'Tut Əlimdən' Uşaq Reabilitasiya Mərkəzini ziyarət ediblər
Bir yaş fərqinə görə bütün güzəştlərini itirə bilərlər: Tələbələrin hüquqları sual altında
Şahbuza qar yağır
İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO
Kassaya çatana qədər cibimizə girirlər: Marketlərdəki tələ