Ceyhun Bayramov Arxiyepiskop Marek Solçinski ilə görüşdü
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Müqəddəs Taxt-Tacın iqamətgahı Türkiyənin Ankara şəhəri olmaqla Azərbaycandakı Apostol nunsisi Arxiyepiskop Marek Solçinski ilə görüşüb.
KONKRET.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Görüşdə Azərbaycan-Vatikan münasibətləri, habelə Azərbaycan-Ermənistan sülh prosesinin cari vəziyyəti müzakirə olunub.
Azərbaycan ilə Vatikan arasında bir sıra istiqamətlərdə əməkdaşlıq layihələrinin, qarşılıqlı səfərlərin və dialoqun vacibliyi vurğulanıb.
Görüşdə postmünaqişə dövründə regionda yaranmış yeni reallıqlar, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq layihələri, bölgədə sülh və sabitliyin təmini istiqamətində, o cümlədən sülh müqaviləsinin imzalanması, bütün kommunikasiyaların açılışı və digər məsələlərdə ölkəmiz tərəfindən atılan addımlar diqqətə çatdırılıb.
Arxiyepiskop Marek Solçinski Azərbaycanın müxtəlif dinlərin nümayəndələri arasında qarşılıqlı anlaşmanın, qardaşlıq və həmrəyliyin bərqərar olması naminə səylərini yüksək qiymətləndirilib.
Görüşdə, tərəflər arasında həmçinin qarşılıqlı maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Xidmetler [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
Məşhur aktrisa vəfat etdi
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Benzin qiyməti kəskin ucuzlaşdı
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Ərdoğan sabah Qarabağa gəlir
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi