Ceyhun Bayramov: "Azərbaycan müxtəlif mədəniyyətlərə və dinlərə hörmət edən ölkədir
Ceyhun Bayramov: "Azərbaycan müxtəlif mədəniyyətlərə və dinlərə hörmət edən ölkədir"
Azərbaycan müxtəlif mədəniyyətlərə və dinlərə hörmət və tolerantlıq ənənəsinə sahib olan çoxmillətli bir ölkədir.
Xarici İşlər Nazirliyinin (XİN) verdiyi məlumata əsasən, bu sözləri Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov Fransanın "Le Point" jurnalına müsahibəsində jurnalistin sualını cavablandırarkən deyib.
Jurnalistin Azərbaycanın nəzarətində olan xristian abidələri, xüsusən də Davidank monastırı ilə bağlı verdiyi sualı nazir Ceyhun Bayramov belə cavablandırıb:
"Azad edilmiş ərazilərdəki bütün dini-tarixi abidələr dövlət tərəfindən qorunacaq. Azərbaycan müxtəlif mədəniyyətlərə və dinlərə hörmət və tolerantlıq ənənəsinə sahib olan çoxmillətli bir ölkədir. Ölkəmizdəki böyük xristian icması cəmiyyətimizin ayrılmaz hissəsidir. Həmin icma ölkəmizdə fəal rol oynayır. Onun kilsələri, ibadət yerləri və abidələri Azərbaycan dövləti tərəfindən tam şəkildə qorunur.
Təsadüfi deyil ki, Papa Fransisk 2016-cı ildə Bakıya səfəri zamanı ölkəmizi dini tolerantlıq nümunəsi kimi göstərdi. Azərbaycan xristian irsini yalnız öz sərhədləri çərçivəsində deyil, həm də xaricdə qoruyur. Məsələn, Heydər Əliyev Fondu Fransanın Orn departamentində X-XII əsrlərə aid yeddi kilsənin bərpasına yardım edib". /oxu.az

Azərbaycanda qədim yaşayış məskəni aşkarlandı - FOTO
Lənkəranda kişi atasını qaynar su ilə yandırdı
Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR
Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR
Logistika və nəqliyyat Azərbaycanın iqtisadi inkişafında yeni imkanlar yaradır
Azərbaycan iqtisadiyyatına 10,8 milyard dollarlıq sərmayə: Ekspertlər nə deyir?
Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib
AZAL-dan Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi TƏKLİF
Pərviz Heydərov vəfat etdi
Yevlaxda üçotaqlı ev yandı
Masallıda kişi evində ölü tapıldı
Beyləqanda elektrik yarımstansiyasında yanğın olub