Ceyhun Bayramov beynəlxalq konfransın iştirakçıları ilə görüşdü - FOTOLAR

Ceyhun Bayramov beynəlxalq konfransın iştirakçıları ilə görüşdü - FOTOLARAprelin 29-da xarici işlər naziri Ceyhun Bayramov ADA Universiteti və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkilatçılığı ilə keçirilən "Cənubi Qafqaz: İnkişaf və Əməksaşlıq" mövzusunda beynəlxalq konfransın panel müzakirəsində iştirak edib.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən KONKRET.az-a verilən xəbərə görə, nazir Ceyhun Bayramov konfrans iştirakçılarına post-münaqişə mərhələsində bölgədə mövcud olan vəziyyət, xüsusilə də Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində atılan addımlar, Brüsseldə liderlərin görüşü nəticəsində əldə edilən razılaşmaların icrası, o cümlədən sülh müqaviləsinin hazırlanması, sərhədin delimitasiyası, kommunikasiyaların açılışı və etimad quruculuğu tədbirləri barədə məlumat verib. Nazir, iştirakçılarla bölgədə sülh, təhlükəsizlik və inkişafın təmin olunmasına dair Azərbaycanın baxışları ilə bölüşüb.
Xarici işlər naziri konfrans iştirakçılarının, bölgənin inkişafı və beynəlxalq ictimaiyyətin rolu, sülh müqaviləsinin əsas elementləri, bölgə ölkələri arasında əməkdaşlıq formatı, iki ölkə arasında münasibətlərin normallaşması və vasitəçilərin rolu, kommunikasiya xətlərinin açılışının bölgə ölkələrinə faydası, mina təhdidinin aradan qaldırılması, məcburi köçkünlərin evlərinə geri dönüşü və digər mövzularda çoxsaylı suallarını cavablandırıb.
Tədbir çərçivəsində professor Eldar Nadiradzenin rəhbərliyi altlnda bir qrup gürcü aliminin iştirakı ilə paytaxt Şuşa şəhəri olmaqla Azərbaycan dövləti – Qarabağ xanlığına aid 300-dən çox artefaktların rəsmlərinin toplandığı "Qarabağ xanlığı. Tarixi və mədəni profil" adlı kitab-albomun təqdimatı edilib. 19-cu əsrdə Qarabağa təşkil edilmiş elmi ekspedisiyalar zamanı toplanaraq Rusiya İmperiyasının Tiflis şəhərindəki arxivlərinə göndərilən, hazırda Gürcüstan Milli Muzeyinin fondlarında saxlanılan çoxsaylı eksponatlar barədə məlumat konfrans iştirakçılarının diqqətinə təqdim edilib.

Siyasi       Tarix: 29 aprel 2022
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

İmzalanmış sənədlər Prezidentin iştirakı ilə mübadilə edildi - FOTOLAR

İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlərin sentyabrın 26-da Prezident İlham Əliyevin iştirakı ilə mübadiləsi mərasimi olub. xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məluma

Bakıdan Gürcüstan Patriarxlığına: Erməni yolu getmə

Gürcüstan Patriarxlığının Azərbaycanın ərazisində yerləşən Kürmük məbədi ilə bağlı verdiyi son açıqlama Azərbaycan ilə Gürcüstan arasında mövcud olan dostluq, tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərinin ruhuna ziddir

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşdü

Sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının Prezidenti Aleksandr Oşpelt ilə görüşüb. xəbər verir ki, söhbət zamanı ölkəmizin beynəlxalq əhəmiyyətli nüfuzl

Ceyhun Bayramov TRIPP təşəbbüsünün regional tranzit şəbəkələrini genişləndirəcəyini bildirib

Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin (LLDC) xarici işlər nazirlərinin 25-ci illik iclasında çıxış edib. xəbər veri

Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır

Ermənistanda anklav kəndlərlə bağlı ciddi müzakirələr gedir. KONKRET.azxəbər verir ki, bu sözləri Bakıvaxtı.az-a açıqlamasında Türkiyənin Ərciyəs Universitetinin professoru, ermənişünas alim Qafar Çaxmaqlı deyib. Professo

Kamran Əliyev: "Bu şəxslərə layiqli cəzalar verilib

Azərbaycanlılara qarşı müharibə cinayəti törədən şəxslərə məhkəmələr tərəfindən layiqli cəzalar verilib. xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev Azərbaycan Prokurorluğunun yaradılmasının 108-ci ildönümü və prokurorlu

Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş

İranda daxili vəziyyətin gərgin olması haqda müzakirələr başlayıb. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə Prezident Administrasiyası arasında ziddiyyətin böyüdüyü deyilir. 2026-cı ilin fevralında ABŞ və İsrailin hücumunda

Əli Əsədov iclas keçirir

Nazirlər Kabinetində Baş nazir Əli Əsədovun sədrliyi ilə iclas keçirilir. Trend-ə istinadən xəbər verir ki, iclasda 2027-ci ilin dövlət büdcəsi və onunla əlaqəli sənədlər müzakirəyə çıxarılıb. Baş nazir bildirib ki, Preziden

Vuçiç istefa verdi 

Serbiya Prezidenti Aleksandar Vuçiç ikinci prezidentlik müddətini başa vurmadan istefa verdiyini açıqlayıb. xəbər verir ki, Vuçiç növbədənkənar parlament seçkilərində hakim Serb Tərəqqi Partiyasının namizədi kimi baş nazi


azerbaycan xeberleri son xeberler yeni xeberler valyuta mezennesi futbol xeberleri son xeberler bu gun cəbhədən son məlumat