Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır

Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışırErmənistanda anklav kəndlərlə bağlı ciddi müzakirələr gedir.
KONKRET.azxəbər verir ki, bu sözləri Bakıvaxtı.az-a açıqlamasında Türkiyənin Ərciyəs Universitetinin professoru, ermənişünas alim Qafar Çaxmaqlı deyib.
Professor bildirib ki, ötən gün bir qrup erməni deputat Kərki kəndinə səfər edərək orada yaşayan əhaliyə mənfi yöndə istiqamət verməyə çalışıblar:
"Onlar erməni əhali arasında etməyə çalışdılar ki, hakimiyyət bu kəndi Azərbaycana təhvil verəcək, amma narahat olmasınlar, buna imkan verməyəcəklər. Əlbəttə, revanşistlər bu prosesin reallaşmasına mane ola bilməyəcəklər. Çünki Kərki Azərbaycan kəndidir və razılaşmalara görə mütləq geri qaytarılacaq. Ermənistan hökumətinin başçısı Nikol Paşinyan və onun komanda üzvləri dəfələrlə bəyan ediblər ki, Kərki kəndi mütləq Azərbaycana təhvil veriləcək".
Müsahibimiz vurğuıayıb ki, bu ərazilər Ermənistanın beynəlxalq hüquqla tanınmış sərhədləri çərçivəsinə daxil deyil. Dediyinə görə, yəni Paşinyan özü birmənalı təsdiq edir ki, Kərki Azərbaycanın kəndidir:
"Elə Ermənistan daxilində də müzakirələr bundan sonra başlayıb. Delimitasiya və demarkasiya prosesi çərçivəsində sərhədlərin müəyyənləşməsi şimaldan üzü cənuba doğru aparılır. Proses Kərki kəndi istiqamətinə çatanda bu məsələnin Azərbaycanın xeyrinə həll olunacağı şübhəsizdir. Qazaxın digər 3 anklav kəndin qaytarılması da müzakirə mövzusudur və onların da qaytarılması reallaşacaq".
Alimin sözlərinə görə, Kərki kəndinin Gədəbəydəki Başkəndlə mübadilə edilməsi təklifi erməni hiyləsidir:
"Kərki ilə Başkəndi strateji önəmi eyni deyil. Ermənistandan Zəngəzura gedən magistral yol Kərkidən keçir. Əgər Kərki kəndi Azərbaycana verilərsə, Ermənistan başqa yol çəkmək məcburiyyətindədir. Ancaq dağlıq relyefdə belə alternativ yolun çəkilməsi olduqca çətindir, hətta qeyri-mümkündür. O səbəbdən, həmin strateji yolun keçdiyi Kərki kəndi mütləq Azərbaycana qaytarılmalıdır".
"Ermənilərin təxribatçı addımları, təşəbbüsləri olacaq. Çalışacaqlar ki, bu prosesi mümkün qədər yubatsınlar. Hətta lokal xarakterli gərginlik də yarada bilərlər. Amma faydasızdır və gec-tez anklav kəndlər Azərbaycana qaytarılacaq", – deyə Qafar Çaxmaqlı əlavə edib.

Siyasi       Tarix: 29 sentyabr 2026
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək

Azərbaycan Respublikasının 2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, Azərbaycan Respublikasının 2027-ci il və sonrakı üç il üzrə iqtisadi və sosia

İran nüvə silahına sahib ola bilməz

İran nüvə silahına sahib ola bilməz!. xəbər verir ki, bu barədə Donald Tramp "Truth Social" hesabında yazıb. Qeyd edək ki, bu açıqlamanın ABŞ və İran arasında nüvə proqramı ilə bağlı danışıqların davam etdiyi bi

Azərbaycan 3 ölkə ilə viza rejiminin sadələşdirilməsinə dair sazişlər imzalayıb - FOTOLAR

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Sent-Kits və Nevis, Antiqua və Barbuda, həmçinin Benin xarici işlər nazirləri ilə görüşüb. xəbər verir ki, görüşlər zaman

Ermənilər Kərkinin Azərbaycana qaytarılmasının əleyhinə çıxdı – 59 faiz "yox" deyir

Ermənistanda keçirilən sorğu zamanı respondentlərin əksəriyyəti Azərbaycanın Sədərək rayonunun 1990-cı ilin yanvarında işğal olunan Kərki (ermənilər "Tiqranashen" adlandırır-red.) kəndini "erməni yaşayış məntəqəsi"

Prezident və birinci xanım Bakıdakı Zəfər parkında olub - FOTOLAR 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 27-də Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar. xəbər verir ki, dövlətimizin başçısı Zəfər abidəsinin önünə əkli

Dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında - FOTOLAR

27 Sentyabr – Anım Günü ilə əlaqədar Baş nazir Əli Əsədov, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, Milli Məclisin sədri Sahibə Qafarova, digər dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında olublar. Dövlə

27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı

Ermənilərin xalqımıza qarşı düşmənçilik siyasəti 200 ildən artıq bir zaman kəsiyində – çar Rusiyası zamanı əzəli Azərbaycan torpağı Qarabağa köçürüldükləri vaxtdan başlayaraq bu günə qədər davam edir. Məskunlaşdıqları il

Ceyhun Bayramov İƏT toplantısında çıxış edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Koordinasiya Toplantısında çıxış edib. xəbər verir ki, bu barədə XİN-in "X" hesabında bildirilib. Nazir İƏT-in yeni Baş katib

Ceyhun Bayramov ABŞ şirkətlərinin nümayəndələrinə Azərbaycan-ABŞ tərəfdaşlığından danışıb

Xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində ABŞ Ticarət Palatasının əsas korporativ rəhbərləri və aparıcı ABŞ şirkətlərinin nümayəndələri ilə keçirilən İcraçı Dəyirm


son xeberler yeni xeberler azerbaycan xeberleri cəbhədən görüntülər şou biznes xəbərləri son xeberler bugun 2026 muharibe axsam.az xeberler