Ceyhun Bayramov: 'Bizim yanaşmamız ABŞ tərəfindən yüksək qiymətləndirilib
"Biz sülh gündəliyimizə sadiqliyimizi nümayiş etdirdik, sülh müqaviləsi üzrə görüşün keçirilməsi təklifimizin qüvvədə olduğunu bildirdik. Bizim bu yanaşmamız ABŞ tərəfindən də yüksək qiymətləndirilib".
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov REAL TV-yə açıqlamasında bildirib.
O vurğulayıb ki, rəsmi Bakı bölgədə sülh və sabitliyin bərpasını istəyir.
"Dövlət Departamentinin açıqlamasına diqqət yetirsəniz, orada da tərəflərə sülh müqaviləsi üzrə danışıqları ən qısa müddət ərzində davam etdirilməsi çağırışı var. Hətta sentyabr ayının sonunadək belə bir görüşün keçirilməsi gözləntisi və çağırışı var. Hər kəs istəyir ki, gərginlik olmasın, bölgədə sülh və əmin-amanlıq bərqərar olsun", - XİN başçısı vurğulayıb.
Qeyd edək ki, sentyabrın 19-da Nyu-Yorkda ABŞ dövlət katibi Antoni Blinken, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında üçtərəfli görüş olub.
Danışıqlar BMT Baş Assambleyasının 77-ci sessiyası çərçivəsində ABŞ-ın dövlət katibi Antoni Blinkenin vasitəçiliyi baş tutub. / azxeber.com

Formula-1: ikinci sərbəst yürüş başladı
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
Prezident icra başçısını vəzifəsindən azad etdi
Əli Əsədov iclas keçirir
"Bir damla qan, min ümidə can": Anım Gününə həsr olunan qanvermə aksiyası başladı - FOTOLAR
Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq
Bakcell-də hədiyyə mövsümü başladı
Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim
"Formula 1" üzrə Azərbaycan Qran-prisi başladı
Bank kartları ilə bağlı - Daha bir qadağa
Formula 1: xarici turistlərin sayı rekord həddə çatdı
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
Kəngərlidə avtomobil qəzası oldu, körpə öldü
Ermənistan-Azərbaycan sərhədi ilə bağlı MÜHÜM AÇIQLAMA