Ceyhun Bayramov Britaniya səfiri ilə görüşdü

Ceyhun Bayramov Britaniya səfiri ilə görüşdüXarici işlər naziri Ceyhun Bayramov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri Fergus Auld ilə görüşüb.
Bu barədəKONKRET.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, görüşdə Azərbaycan və Birləşmiş Krallıq arasında həm ikitərəfli, həm də çoxtərəfli çərçivədə mövcud olan əməkdaşlıqdan məmnunluq ifadə edilib və iki ölkə arasında enerji, nəqliyyat-tranzit, təhsil və digər sahələrdə mövcud olan əməkdaşlıq məsələləri ətraflı müzakirə olunub.
Ölkələrimiz arasında iqtisadi sahədə əldə olunan nailiyyətlərin olduqca əhəmiyyətli olduğu və Böyük Britaniyanın Azərbaycanda ən böyük birbaşa xarici investor olduğu vurğulanıb.
Nazir həmçinin müqabil tərəfi Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi, eləcə də işğaldan azad edilmiş ərazilərimizdə aparılan yenidənqurma və bərpa işləri barədə məlumatlandırıb. Eyni zamanda, bölgədə mina təhdidləri və üçtərəfli bəyanatların və əldə olunmuş razılıqların Ermənistan tərəfindən yerinə yetirilməməsi faktları diqqətə çatdırılıb.
Səfir Fergus Auld ölkələrimiz arasında müstəqillikdən bəri davam edən sıx əməkdaşlıq və tərəfdaşlıqdan məmnunluğunu diqqətə çatdırıb. O, iki ölkə arasında əməkdaşlığın uğurla davam etdiyini və energetika, alternativ enerji, təhsil, yüksək texnologiyalar və bir sıra digər istiqamətlərdə geniş perspektivlərin olduğunu bildirib. Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə əhəmiyyətli töhfə verdiyi xüsusi qeyd olunub. Səfir mövcud mina təhdidinin aradan qaldırılması istiqamətində səylərin, ərazilərin təmizlənməsi sahəsində Azərbaycana verilən dəstəyin davam edəcəyini diqqətə çatdırıb.
Görüşdə tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Siyasi       Tarix: 10 dekabr 2022
f Paylaş

Oxşar xəbərlər

2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək

Azərbaycan Respublikasının 2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, Azərbaycan Respublikasının 2027-ci il və sonrakı üç il üzrə iqtisadi və sosia

Prezidentdən "AzerGold"la bağlı - Sərəncam

"AzerGold" QSC-nin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 fevral tarixli 2515 nömrəli Sərəncamında dəyişiklik edilib. Bununla bağlı Preziden

İlham Əliyev Qazaxıstan dövlət başçısına başsağlığı verdi

Prezident İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı məktubu göndərib. Məktubda deyilir:. "Manqistau vilayətində keçirilən hərbi təlimlər zamanı hərbçilərin həlak olması barəd

Ceyhun Bayramov TRIPP təşəbbüsünün regional tranzit şəbəkələrini genişləndirəcəyini bildirib

Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin (LLDC) xarici işlər nazirlərinin 25-ci illik iclasında çıxış edib. xəbər veri

Sentyabr ayında mediada ən aktiv deputatlar kimlər olub? - SİYAHI

Sentyabr ayı üzrə təhlillərə əsasən mediada ən aktiv olan deputatlar açıqlanıb. xəbər verir ki, "Mediatrends.ai" platformasının "Media indeksi" göstəricilərinə əsasən, siyahıya 26,06 faizlə deputat Naqi

"Bunları etməsəydik, bəzi ölkələr kimi qapı-qapı gəzib gərək kiməsə ağız açaydıq

"Bir daha demək istəyirəm, bu 20 il ərzində görülmüş işlər imkan verdi ki, biz əsas infrastruktur layihələrimizi icra etdik. O vaxt xaricdən həm təbii qaz, həm də elektrik enerjisi alırdıq". xəbər verir ki, bu sözlər

Səudiyyədən TƏCİLİ HƏRBİ ADDIM: Türkiyə və Pakistan

Səudiyyə Ərəbistanı Türkiyə və Pakistanın Baş Qərargah rəislərini təcili şəkildə toplayıb. xəbər verir ki, Ər-Рияд krallığın sərhədyanı bölgələrinə İran tərəfindən dəstəklənən husilər tərəfindən ballistik raketlər və PUA-larl

Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq

Nazirlər Kabineti "2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri" və "2027-ci il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyas

Abbas Əraqçi Ceyhun Bayramovla görüşdü

İranın xarici işlər naziri Abbas Əraqçi azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşüb. xəbər verir ki, A. Əraqçi bu barədə özünün "Telegram" kanalında məlumat yayıb. Görüş Birləşmiş Millətlər Təşkilatı (BMT) Ba


yeni xeberler son xeberler azerbaycan xeberleri son xəbər cəbhədən son dəqiqə son xeber 2026 xəbərlər.com