Ceyhun Bayramov Draqan Vladisavlieviçi qəbul edib – FOTO

Ceyhun Bayramov Draqan Vladisavlieviçi qəbul edib – FOTOCeyhun Bayramov Draqan Vladisavlieviçi qəbul edib – FOTO
26 aprel 2021-ci il tarixində Xarici İşlər naziri Ceyhun Bayramov Serbiya Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri Draqan Vladisavlieviçi qəbul edib. Nazir Ceyhun Bayramov səfir Draqan Vladisavlieviçin etimadnaməsinin surətini qəbul edib və səfiri təyinatı münasibətilə təbrik edib.
Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. 
Bildirilib ki, ölkələrimiz arasında mövcud olan strateji tərəfdaşlıq münasibətlərini məmnunluqla qeyd edən nazir, Serbiyanın ölkəmizə yeni səfirinin təyin edilməsinin ölkələrimiz arasında münasibətlərin daha da inkişafına müsbət təsir göstərəcəyini bildirib. Dövlətlər arası münasibətlərdə Azərbaycan və Serbiyanın beynəlxalq hüququn prinsiplərinə, xüsusilə də dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsipinə birmənalı dəstək verdikləri vurğulanıb.
Nazir Ceyhun Bayramov Azərbaycanın hazırda tarixi mərhələni yaşadığını qeyd edərək, Serbiya səfirinə 44 günlük müharibədən sonra bölgədə mövcud olan cari vəziyyətlə bağlı məlumat təqdim edib.
Səfir Draqan Vladisavlieviç qəbula görə nazir Ceyhun Bayramova təşəkkür edib. O, Serbiyanın xarici işlər naziri Nikola Selakoviçin səmimi salamlarını nazir Ceyhun Bayramovun diqqətinə çatdırıb.
Serbiya ilə Azərbaycanın oxşar problemlərlə üzləşdiyini qeyd edən səfir dövlət suverenliyinin qorunub saxlanılmasına dəstəyin önəmli olduğunu bildirib və Serbiyanın Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qətiyyətli dəstək verdiyini vurğulayıb.
Görüşdə tərəflər, dövlətlərimiz arasında strateji münasibətlərin daha da inkişaf etdirilməsi üzrə müvafiq addımların atılması, o cümlədən qarşılıqlı səfər mübadiləsinin həyata keçirilməsi, Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın növbəti iclasının keçirilməsi, ticarət mübadiləsinin artırılması, habelə digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üzrə fikir mübadiləsi aparıblar.
Nazir Ceyhun Bayramov, öz növbəsində serbiyalı həmkarına səmimi salamlarını çatdırdı və səfir Draqan Vladisavlieviçə fəaliyyətində uğurlar arzu etdi.
Ceyhun Bayramov Draqan Vladisavlieviçi qəbul edib – FOTOCeyhun Bayramov Draqan Vladisavlieviçi qəbul edib – FOTOCeyhun Bayramov Draqan Vladisavlieviçi qəbul edib – FOTOCeyhun Bayramov Draqan Vladisavlieviçi qəbul edib – FOTO

Siyasi       Tarix: 26 aprel 2021
f Paylaş

Oxşar xəbərlər

Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

"Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi və milli təhlükəsizliyin təmin edilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir". Bu fikir Prezident İlham Əliyevin "ADEX 2026" 6-c

Prezident və birinci xanım Bakıdakı Zəfər parkında olub - FOTOLAR 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 27-də Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar. xəbər verir ki, dövlətimizin başçısı Zəfər abidəsinin önünə əkli

27 Sentyabr: Zəfərin başlanğıcı və şəhidlərimizin əbədi xatirəsi

27 Sentyabr – Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin dərin ehtiram və sonsuz minnətdarlıq hissi ilə yad edildiyi gündür. Azərbaycan Prezidenti

Ərdoğan: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Qarabağ Azərbaycan torpağıdır və əbədi olaraq belə də qalacaq. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu barədə 27 sentyabr - Anım Günü ilə bağlı X-da paylaşımında bildirib. "Anım Günü münasibətilə Qarabağ

Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir - FIA prezidenti

FIA prezidenti Məhəmməd bin Sulayem Bakı Şəhər Halqasının (BŞH) unikal atmosferindən və fərqli xüsusiyyətlərindən danışıb. Bakı Şəhər Halqasından bildirilib ki, o, Bakıya səfərindən çox məmnun olduğunu söyləyib. "Bak

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşdü

Sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının Prezidenti Aleksandr Oşpelt ilə görüşüb. xəbər verir ki, söhbət zamanı ölkəmizin beynəlxalq əhəmiyyətli nüfuzl

Prezident sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb. xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası Prokurorluğunu

Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibi Raffaella Culiani ilə görüş keçirib. xəbər verir ki, Raffaella Culiani görüşdə Azərbaycan nümayənd

Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş

İranda daxili vəziyyətin gərgin olması haqda müzakirələr başlayıb. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə Prezident Administrasiyası arasında ziddiyyətin böyüdüyü deyilir. 2026-cı ilin fevralında ABŞ və İsrailin hücumunda


azerbaycan xeberleri yeni xeberler son xeberler valyuta bugun xeberler şou biznes xəbərləri cəbhədən son dəqiqə