Ceyhun Bayramov İƏT-in Baş katibi ilə görüşdü - FOTO

Ceyhun Bayramov İƏT-in Baş katibi ilə görüşdü - FOTOXarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Hissein Brahim Taha ilə görüşüb.
Xarici İşlər Nazirliyindən (XİN) KONKRET.az-a verilən məlumata görə, Baş katibi səmimiyyətlə salamlayan nazir Ceyhun Bayramov, Hissein Brahim Tahanın bu önəmli vəzifəyə seçilməsi münasibətilə bir daha təbriklərini çatdırıb.
O, Azərbaycanın İƏT ilə əməkdaşlığa yüksək əhəmiyyət verdiyini və bu günədək təşkilatla çox fəal əməkdaşlığın aparıldığını qeyd edib.
İƏT-in hər zaman Azərbaycanın beynəlxalq hüquqa əsaslanan haqq mövqeyinə dəstək verdiyi, keçmiş münaqişənin həlli ilə bağlı, habelə post münaqişə mərhələsində müvafiq qətnamələrin qəbul edildiyi minnətdarlıqla vurğulayıb.
Baş katib Hissein Brahim Taha Azərbaycanın İƏT-in fəal üzvü olduğunu, İslam həmrəyliyinin gücləndirilməsinə verdiyi töhfəni qeyd edib. O, səfəri çərçivəsində Azərbaycanın dövlət başçısı ilə keçirilmiş görüşə məmnunluqla istinad edib.
Baş katib İƏT Turizm nazirlərinin konfransına uğurla ev sahibliyi etdiyi üçün Azərbaycanı təbrik edib.
C.Bayramov Baş katibin şəxsən bu konfransda iştirakının tədbirə öz müsbət töhfəsini verdiyini bildirib. Azərbaycanın İƏT, habelə onun rəhbərliyi altındakı digər təşkilatlarla bundan sonra da səmərəli əməkdaşlığı davam etdirməkdə qətiyyətli olduğu qeyd edilib.
XİN rəhbəri İƏT rəhbərinə bölgədə mövcud olan münaqişə sonrası vəziyyət, aparılan bərpa və quruculuq işləri barədə məlumat verib. O, səfəri çərçivəsində Baş katibin azad olunmuş ərazilərə getməsinin buradakı vəziyyətlə, o cümlədən onilliklər boyu Ermənistan tərəfindən törədilən dağıntılar və hazırda Azərbaycan tərəfindən aparılan quruculuq işləri ilə yaxından tanış olmaq üçün yaxşı imkanı yaradacağını söyləyib.
Həmçinin, İƏT çərçivəsində əməkdaşlıq gündəliyinin aktual məsələləri, dünyada cərəyan hadisələr fonunda, xüsusilə də islam ümmətini narahat edən məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Ceyhun Bayramov İƏT-in Baş katibi ilə görüşdü - FOTO

Siyasi       Tarix: 28 iyun 2022
f Paylaş

Oxşar xəbərlər

Ceyhun Bayramov ABŞ şirkətlərinin nümayəndələrinə Azərbaycan-ABŞ tərəfdaşlığından danışıb

Xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində ABŞ Ticarət Palatasının əsas korporativ rəhbərləri və aparıcı ABŞ şirkətlərinin nümayəndələri ilə keçirilən İcraçı Dəyirm

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşdü

Sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının Prezidenti Aleksandr Oşpelt ilə görüşüb. xəbər verir ki, söhbət zamanı ölkəmizin beynəlxalq əhəmiyyətli nüfuzl

Səudiyyədən TƏCİLİ HƏRBİ ADDIM: Türkiyə və Pakistan

Səudiyyə Ərəbistanı Türkiyə və Pakistanın Baş Qərargah rəislərini təcili şəkildə toplayıb. xəbər verir ki, Ər-Рияд krallığın sərhədyanı bölgələrinə İran tərəfindən dəstəklənən husilər tərəfindən ballistik raketlər və PUA-larl

İlham Əliyev Türkmənistan Prezidentini təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovu təbrik edib. təbrikin mətnini təqdim edir:. "Hörmətli Sərdar Qurbanquliyeviç,. Türkmənistanın müstəqilliyinin 35-ci ildönümü münasibətil

Siyasi şərhçi: "10 noyabr" Bəyanatının icrasında ciddi problemlər qalırdı

"İkinci Qarabağ müharibəsi nəticəsində  imzalanan 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatdan sonra Ermənistanın atdığı addımlar göstərirdi ki, razılaşmaların icrası ilə bağlı ciddi problemlər qalır. Bəyanatı

Ermənistan-Azərbaycan sərhədi ilə bağlı MÜHÜM AÇIQLAMA

Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası üzrə işlər tezliklə bərpa olunacaq. KONKRET.azxəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan bildirib. O, işlərin nə vaxt başlayacağını dəqiqləşdirməyib

İlham Əliyev Qazaxıstan Prezidentinə BAŞSAĞLIĞI VERDİ

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı verib. xəbər verir ki, başsağlığı mətnində deyilir:. "Hörmətli Kasım-Jomart Kemeleviç,. Manqistau vilayətində keçirilən hərb

Əli Əsədov iclas keçirir

Nazirlər Kabinetində Baş nazir Əli Əsədovun sədrliyi ilə iclas keçirilir. Trend-ə istinadən xəbər verir ki, iclasda 2027-ci ilin dövlət büdcəsi və onunla əlaqəli sənədlər müzakirəyə çıxarılıb. Baş nazir bildirib ki, Preziden

Ərdoğanla Paşinyan Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edib 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanla ikitərəfli ticarət və nəqliyyat sahələrindəki normallaşma prosesini dəstəkləyir, münasibətlərdə əldə edilən müsbət dinamikanın davam etdirilməsini vacib sayır. KONKRET.azxəbə


azerbaycan xeberleri son xeberler yeni xeberler futbol xeberleri son.xabar sonxeber az cəbhədən video