Ceyhun Bayramov İndoneziya Respublikasının xarici işlər naziri Suqiono ilə görüşüb - FOTO
21 iyun 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının İstanbul şəhərində keçirilən 51-ci sessiyası çərçivəsində İndoneziya Respublikasının xarici işlər naziri Suqiono ilə görüşüb.
XİN-dən azxeber.com-a verilən məlumata görə görüş zamanı Azərbaycan ilə İndoneziya arasında mövcud ikitərəfli münasibətlər və əməkdaşlıq gündəliyinin aktual məsələləri, o cümlədən siyasi, iqtisadi, nəqliyyat və turizm sahələrində tərəfdaşlığın inkişafı imkanları müzakirə olunub.
Tərəflər həmçinin BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, D-8 və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın möhkəmləndirilməsi, eləcə də qlobal çağırışlarla mübarizədə birgə fəaliyyətin vacibliyini qeyd ediblər.
Nazir Ceyhun Bayramov regional təhlükəsizlik vəziyyəti ilə bağlı Azərbaycanın mövqeyini bölüşüb və Ermənistanla normallaşma prosesində mövcud çətinliklər barədə qarşı tərəfi məlumatlandırıb.
Görüşdə, həmçinin, Yaxın Şərqdə baş verən son gərginlik, xüsusilə İsrail-İran qarşıdurması fonunda regionda artan risklər və onların mümkün təsirləri ilə bağlı fikir mübadiləsi aparılıb. İndoneziya tərəfi vətəndaşlarının İrandan təxliyəsi istiqamətində Azərbaycan tərəfindən göstərilən dəstəyə görə dərin minnətdarlığını bildirib.


SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR
Bəziləri az, bəziləri çox ödəyəcək – Bu şəxslər üçün YENİ QƏRAR
Azərbaycanlı həkim İrandakı xəstəxanada vəfat etdi
"Neftçi" "Şamaxı"ya qalib gəldi - "Kəpəz" "İmişli"yə qarşı
Azərbaycan nefti bahalaşdı
"Fənərbaxça" Azərbaycan klubunun baş məşqçisini aparır – 3 illik müqavilə təklifi
"Qalatasaray"ın vitse-prezidenti istefa verdi
Avtomobil dərəyə aşdı: ölən və yaralananlar var
Azərbaycanın yeniyetmə cüdoçusu Olimpiya çempionu oldu
Ağ Evə tanklardan atəş açılan gün: Rusiyada diktatura yolunun başlanğıcı
Şəhid Əli Heydərovun atası vəfat etdi
Avropanın gələcəyi: 2050-ci ilə qədər nələr dəyişə bilər?
Mətbuat Şurasının sədrindən jurnalistə qarşı zorakılığa REAKSİYA
Dövlət büdcəsindən şəhər və rayonlara vəsait ayrılmayacaq - Yeni mərhələ başlayır