Ceyhun Bayramov İraqın xarici işlər nazirinin müavini ilə görüşdü - FOTO

Ceyhun Bayramov İraqın xarici işlər nazirinin müavini ilə görüşdü - FOTOXarici işlər naziri Ceyhun Bayramov İraqın xarici işlər nazirinin müavini Nazar İsa Abdulhadi Al-Xeyrullah rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Bu barədəKONKRET.az-a Azərbaycan Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.
Nazir iki xalq arasında mövcud olan tarixi bağlar əsasında inkişaf edən ikitərəfli münasibətlərin həm ikitərəfli, həm də çoxtərəfli müstəvilərdə inkişafını vurğulayıb. İki ölkə arasında siyasi dialoqun səviyyəsindən məmnunluqla danışan nazir, İraqlı həmkarı ilə ötən il ərzində müxtəlif beynəlxalq təbirlər çərçivəsində görüşlərinə istinad edib. Keçən il Azərbaycan Respublikası Hökuməti və İraq Respublikası Hökuməti arasında ticarət, iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Birgə Komissiyanın iclasının Bakıda keçirilməsinin, habelə İraqın neft nazirinin ölkəmizə səfərinin ikitərəfli əməkdaşlığın genişlənməsinə müsbət töhvə verdiyi qeyd edilib.
Nazir, həmçinin qarşı tərəfə münaqişə sonrası bölgədə mövcud olan vəziyyət, üçtərəfli bəyanatların Azərbaycan tərəfindən icrası, azad olunmuş ərazilərdə həyata keçirilən geniş miqyaslı bərpa və quruculuq işləri, məcburi köçkünlərin onilliklər sonra öz torpaqlarına geri dönməsi üçün lazımi işlərin görülməsi ilə bağlı məlumat verib.
İraqlı nazir müavini Nazar İsa Abdulhadi Al-Xeyrullah ikitərəfli münasibətlərin inkişafına verilən əhəmiyyəti qeyd edib. Mövcud siyasi dialoqun, o cümlədən xarici işlər nazirləri arasında təmasların intensivliyinin qorunub saxlanılmasının önəmli olduğu vurğulanıb. Məcburi köçkünlər, habelə dağıdılmış ərazilərin bərpası məsələsində İraqın təcrübəsinin olduğunu söyləyən nazir müavini, bu təcrübəni Azərbaycanla bölüşməyə hazır olduğunu bildirib. O, bölgədə aparılan bərpa işlər ilə əlaqədar, o cümlədən bölgədə gələcək sülh quruculuğu istiqamətində səylərinə görə Azərbaycanı təbrik edib.
Görüş zamanı nazir Ceyhun Bayramov Azərbaycan Respublikası və İraq Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə səmimi təbriklərini səsləndirib və bu xüsusda İraqlı həmkarına ünvanlandığı məktubu ünvan sahibinə çatdırması üçün şəxsən nazir müavininə təqdim edib.
Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran regional məsələlər üzrə fikir mübadiləsi aparıblar.
Bu gün, həmçinin Azərbaycan və İraq Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib. İclasda Azərbaycan tərəfindən nümayəndə heyətinə xarici işlər nazirinin müavini Fariz Rzayev, İraq tərəfindən isə xarici işlər nazirinin müavini Nazar İsa Abdulhadi Al-Xeyrullah başçılıq ediblər. Siyasi məsləhətləşmələr çərçivəsində əməkdaşlıq istiqamətləri üzrə bir sıra məsələlər ətrafında müzakirələr aparılıb.
Ceyhun Bayramov İraqın xarici işlər nazirinin müavini ilə görüşdü - FOTOCeyhun Bayramov İraqın xarici işlər nazirinin müavini ilə görüşdü - FOTO

Siyasi       Tarix: 10 fevral 2022
f Paylaş

Oxşar xəbərlər

İmzalanmış sənədlər Prezidentin iştirakı ilə mübadilə edildi - FOTOLAR

İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlərin sentyabrın 26-da Prezident İlham Əliyevin iştirakı ilə mübadiləsi mərasimi olub. xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məluma

Bakıdan Gürcüstan Patriarxlığına: Erməni yolu getmə

Gürcüstan Patriarxlığının Azərbaycanın ərazisində yerləşən Kürmük məbədi ilə bağlı verdiyi son açıqlama Azərbaycan ilə Gürcüstan arasında mövcud olan dostluq, tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərinin ruhuna ziddir

İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib

Sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində "Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qloba

Prezident və birinci xanım Bakıdakı Zəfər parkında olub - FOTOLAR 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 27-də Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar. xəbər verir ki, dövlətimizin başçısı Zəfər abidəsinin önünə əkli

Deputat: "Azərbaycan dövləti öz qəhrəmanlarını unutmayacaq

"27 Sentyabr - Anım Günü Azərbaycan xalqının mənəvi yaddaşında xüsusi yer tutan müqəddəs tarixdir. Bu gün Vətən müharibəsində və Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən bütün döyüşlərdə canlarını fəda etmiş şəhidlərimizi

Prezident Canni İnfantinonu qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 29-da FIFA-nın prezidenti Canni İnfantinonu qəbul edib. xəbər verir ki, Prezident İlham Əliyev dünyada, o cümlədən Azərbaycanda futbolun dövlət səviyyəsində inkişaf

Ermənilər Kərkinin Azərbaycana qaytarılmasının əleyhinə çıxdı – 59 faiz "yox" deyir

Ermənistanda keçirilən sorğu zamanı respondentlərin əksəriyyəti Azərbaycanın Sədərək rayonunun 1990-cı ilin yanvarında işğal olunan Kərki (ermənilər "Tiqranashen" adlandırır-red.) kəndini "erməni yaşayış məntəqəsi"

Kamran Əliyev: "Vətəndaşların pozulmuş hüquqları bərpa edilir

"Əməkdaşlarımız və digər istintaq orqanları tərəfindən dövlətə vurulmuş ziyanın bərpa edilməsi istiqamətində kifayət qədər iş görülüb". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbayca

Əli Əsədov Suriyanın iqtisadiyyat və sənaye nazirini qəbul edib

Azərbaycanın Baş naziri Əli Əsədov sentyabrın 26-da Suriya Ərəb Respublikasının iqtisadiyyat və sənaye naziri Məhəmməd Əl Şaar ilə görüşüb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat verilib. Bildirilib ki, görüşd


yeni xeberler son xeberler azerbaycan xeberleri son xeberler bu gun son xeberler bugun 2026 canli cəbhədən son durum bugunun xeberleri