Ceyhun Bayramov Moskva şəhərində keçirilən xarici işlər nazirləri Şurasının iclasında iştirak edib - FOTO

Ceyhun Bayramov Moskva şəhərində keçirilən xarici işlər nazirləri Şurasının iclasında iştirak edib - FOTO Ceyhun Bayramov Moskva şəhərində keçirilən xarici işlər nazirləri Şurasının iclasında iştirak edib - FOTO
Xarici işlər naziri Ceyhun Bayramov Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin Moskva şəhərində keçirilən xarici işlər nazirləri Şurasının iclasında iştirak edib.
Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. 
Bildirilib ki, iclasda çıxış edən nazir, iclasın gündəliyinə uyğun mövzulara diqqəti yönəldərək,  humanitar sahədə əməkdaşlığın davam etdirilməsinin bundan sonra da dövlətlərarası münasibətlərin möhkəmlənməsinə və Birliyin inkişafına töhfə verəcəyini qeyd edib.
Nazir Ceyhun Bayramov "Müstəqil Dövlətlər Birliyinə üzv olan dövlət başçılarının 1941-1945 – ci illər Böyük Vətən Müharibəsinin başlanmasının 80 illiyi ilə əlaqədar Birliyə üzv dövlətlərin xalqlarına və dünya ictimaiyyətinə müraciəti layihəsi haqqında" Qərarını xüsusilə vurğulayaraq, Azərbaycanın faşizm üzərində Qələbənin qazanılmasına böyük töhfəsini diqqətə çatdırıb.
Qərarının qəbul olunmasının nasizm ideologiyasına və onun müxtəlif təbliğat formalarına qarşı mübarizədə böyük əhəmiyyətə malik olduğu bildirilmiş, bu gün də MDB məkanında nasizmin təşviq olunduğu təəssüflə qeyd olunmuş və bu xüsusda, Ermənistanın paytaxtının mərkəzində faşist Qaregin Njdeyə abidə qoyulduğu misal kimi səsləndirilib. Nazir vurğulayıb ki, faşizmin qəhrəmanlaşmasına MDB məkanında yer olmamalıdır.
Daha sonra nazir, Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatı nəticəsində Ermənistanın işğalı altında olan ərazilərinin azad edildiyini və Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunmasını vurğulayıb. 10 Noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın qəbul edilməsində Rusiya Federasiyasının səyləri xüsusilə də, Prezident Vladimir Putinin fəal vasitəçiliyi yüksək qiymətləndirilib.
Birgə Rusiya-Türkiyə Monitorinq Mərkəzinin fəaliyyətini yüksək qiymətləndirən xarici işlər naziri, bölgədə təhlükəsizlik və əməkdaşlığın gücləndirilməsi üçün yeni bir formatın yaradıldığını məmnunluqla vurğulayıb.
Ceyhun Bayramov tədbir iştirakçılarının diqqətini işğal zamanı bütün şəhərlər və qəsəbələrin dəhşətli dağıntılara və vandalizm əməllərinə məruz qaldığına, dini və mədəniyyət abidələrinin qəsdən talan edilməsinə, məscidlər donuz tövləsinə çevrilməsinə yönəldib. Hazırda bu ərazilərin yenidən qurulması və bərpa olunması işlərinin həyata keçirildiyini qeyd olunub.
Nazir, həmçinin üçtərəfli bəyanatlar çərçivəsində əldə olunan razılaşmaları yüksək qiymətləndirərək, kommunikasiyaların açılmasının bütün regionun xeyrinə olacağını və  regional əməkdaşlıq üçün yeni perspektivlər açacağını tədbir iştirakçıların diqqətinə çatdırıb.
Ceyhun Bayramov vurğulayıb ki, Azərbaycan üzərinə götürdüyü öhdəliklərə tam sadiqdir və üçtərəfli bəyanata uyğun olaraq bütün hərbi əsirləri Ermənistana qaytarıb. Eyni zamanda, nazir Ermənistan tərəfinin beynəlxalq hüquq normalarına və üçtərəfli bəyanatına zidd əməllərinə diqqəti cəlb edib, o cümlədən Ermənistan hərbçilərinin Azərbaycan Respublikası ərazisinə qanunsuz daxil olmaq cəhdlərini, habelə Ermənistanın indiyədək Azərbaycana işğaldan azad olunmuş ərazilərinin minaların basdırılması məlumatının Azərbaycana təqdim etmədiyini bildirib.
Çıxışın sonunda nazir beynəlxalq ictimaiyyətin və xüsusilə də, MDB-yə üzv dövlətlərindən ən yaxın tərəfdaşlarımızın işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi və bərpası, bu ərazilərdə dinc yanaşı yaşamaq üçün müvafiq şərait yaradılması məsələlərində dəstəyinə ümid bəslədiyimizi səsləndirib.
Eyni zamanda, çıxışında nazir Ceyhun Bayramov gündəlikdə olan digər məsələlərə toxundu.
Ceyhun Bayramov Moskva şəhərində keçirilən xarici işlər nazirləri Şurasının iclasında iştirak edib - FOTO Ceyhun Bayramov Moskva şəhərində keçirilən xarici işlər nazirləri Şurasının iclasında iştirak edib - FOTO Ceyhun Bayramov Moskva şəhərində keçirilən xarici işlər nazirləri Şurasının iclasında iştirak edib - FOTO

Siyasi       Tarix: 02 aprel 2021
f Paylaş

Oxşar xəbərlər

Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib. paylaşımı təqdim edir:

Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

"Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi və milli təhlükəsizliyin təmin edilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir". Bu fikir Prezident İlham Əliyevin "ADEX 2026" 6-c

Meloni İlham Əliyevə təşəkkür etdi

İtaliyanın "Eni" şirkətindən sonra Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) də törəmə şirkəti "Italiana Petroli" (IP) şəbəkəsində benzin və dizel yanacağının qiymət həddini təyin etmək qərarın

Prezident Birləşmiş Krallığın dövlət nazirini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 30-da Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri Lord Vernon Kioakeri qəbul edib. xəbər verir ki, qonaq qəbula görə minnətdarlığın

İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian"

Putin Kasparovu öldürmək istəyir

Rusiya hakimiyyəti ABŞ-da Harri Kasparov və İlya Ponomaryovu öldürməyə hazırlaşıb. KONKRET.azxəbər verir ki, bu barədə İspaniyanın El Mundo qəzeti yazıb. Qəzetin məlumatına görə, Rusiya tərəfi ABŞ-da Free Russia Forum təşkilatını

Vensdən İrana qarşı SƏRT XƏBƏRDARLIQ: "Onlar başa düşürlər ki..."

ABŞ rəsmiləri İranın son addımları və bölgədəki vəziyyətlə bağlı sərt bəyanatlar səsləndiriblər. KONKRET.azxəbər verir ki, ABŞ rəhbərliyindən bildirilib ki, iranlılar öz hərəkətlərində səhvə yol verdiklərini anlayırlar. "Onla

Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş

İranda daxili vəziyyətin gərgin olması haqda müzakirələr başlayıb. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə Prezident Administrasiyası arasında ziddiyyətin böyüdüyü deyilir. 2026-cı ilin fevralında ABŞ və İsrailin hücumunda

Kiyevdə həlak olan Abbasın nəşi Azərbaycana gətiriləcək

Xəbər verdiyimiz kimi, sentyabrın 27-də saat 22:00 radələrində Kiyev şəhərinə dron hücumu nəticəsində 1978-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı Abbas Abbasov həlak olub. Azərbaycan Xarici İşlər Nazirliyini


azerbaycan xeberleri yeni xeberler son xeberler son xeberler bugun 2026 muharibe cəbhədən ən son xəbərlər futbol xeberleri iqtisadiyyat xeberleri bugun