Ceyhun Bayramov: "Ötən gün Ermənistan planlı şəkildə təxribat törədib
"Ötən gün Ermənistan planlı şəkildə təxribat törədib".
azxeber.com xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani ilə birgə keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, hadisə ilə bağlı təhlillər davam edir: "Təəssüf ki, bölgədə iki ölkə arasında münasibətlərin normallaşması istiqamətində addım atılan zaman Ermənistanın hərbi-siyasi təxribata əl atması ilk deyil. İlkin rəy onu deməyə əsas verir ki, bu, planlaşdırılmış təxribat idi. Ermənistan xüsusi təyinatlı korpusunun komandanının və onun müavininin təxribat zamanı ərazidə mövcudluğu göstərir ki, dünənki hadisə, konkret olaraq, düşünülmüş plan idi".
Nazir bildirib ki, təxribatın Laçında baş tutması həm də məcburi köçkünlərin geri qayıdışına mane olmaq cəhdi kimi qiymətləndirə bilər: "Ermənistan belə destruktiv addımlardan çəkinməlidir. Əks halda nəticəsi ağır olacaq. Biz dünən də bunu gördük. Ona görə də Ermənistan məsuliyyətsiz, təhlükəli addımlardan çəkinməlidir. Beynəlxalq tərəfdaşlar da buna çalışmalıdırlar. Prezident İlham Əliyev Qazaxıstanda qarşı tərəfə ciddi mesajlar vermişdi. Əlbəttə, bir gün sonra bu cür təxtibatın baş verməsi qəbuledilməzdir".
Turlar.az [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Benzin qiyməti kəskin ucuzlaşdı
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
Bank əməkdaşı futbol oynayarkən qəfil öldü
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir