Ceyhun Bayramov qırğızıstanlı həmkarı ilə görüşüb – FOTO
Ceyhun Bayramov qırğızıstanlı həmkarı ilə görüşüb – FOTO
Moskva şəhərində keçirilən Müstəqil Dövlətlər Birliyinin xarici işlər nazirləri Şurasının iclasında iştirakı çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Qırğızıstan Respublikasının xarici işlər naziri Ruslan Kazakbayev ilə görüşüb.
Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, nazirlər Azərbaycan və Qırğızıstan arasında mövcud olan ikitərəfli münasibətlərin genişləndirilməsi və dərinləşdirilməsi üzrə fikir mübadiləsi apardılar. Əməkdaşlıq münasibətlərinin inkişafı baxımından qarşılıqlı səfərlərin həyata keçirilməsinin vacibliyini vurğuladılar.
Nazirlər ikitərəfli iqtisadi münasibətlərin inkişafı perspektivlərini müzakirə edərək bu xüsusda, Azərbaycan Respublikası ilə Qırğızıstan Respublikası arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının növbəti iclasının keçirilməsinin əhəmiyyətini qeyd etdilər.
Nazir Ceyhun Bayramov həmkarına 44 günlük Vətən Müharibəsinin nəticələri, bölgədə mövcud olan cari vəziyyət, o cümlədən üçtərəfli bəyanatların icrası ilə əlaqədar həyata keçirilən tədbirlər barədə məlumat verdi.
Tərəflər iki ölkənin xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin davam etdirilməsinin əhəmiyyətini ifadə etdilər.
Görüşdə, həmçinin Azərbaycan və Qırğızıstanın beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığının davam etdirilməsinin və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə edildi.

Xidmetler [newsid: 0-123300]

Prezident Canni İnfantinonu qəbul etdi
Azərbaycanda qədim yaşayış məskəni aşkarlandı - FOTO
Lənkəranda kişi atasını qaynar su ilə yandırdı
Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı
Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR
Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR
Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova
Prezident sərəncam imzaladı
Logistika və nəqliyyat Azərbaycanın iqtisadi inkişafında yeni imkanlar yaradır
Azərbaycan iqtisadiyyatına 10,8 milyard dollarlıq sərmayə: Ekspertlər nə deyir?
Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib
Baş prokuror: "Azərbaycan beynəlxalq platformalarda fəal iştirak edir
27 Sentyabr: Zəfərin başlanğıcı və şəhidlərimizin əbədi xatirəsi
AZAL-dan Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi TƏKLİF
Pərviz Heydərov vəfat etdi