Ceyhun Bayramov Slovakiyanın yeni səfiri ilə görüşdü - FOTO

Ceyhun Bayramov Slovakiyanın yeni səfiri ilə görüşdü - FOTOBu gün xarici işlər naziri Ceyhun Bayramov Slovakiya Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri Milan Layçakı qəbul edib.
Xarici İşlər Nazirliyindən (XİN) KONKRET.az-a verilən xəbərə görə, səfir etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib.
Ceyhun Bayramov səfiri təyinatı münasibətilə təbrik edərək, ona fəaliyyətində uğurlar arzulayıb. Azərbaycanla Slovakiya arasında ikitərəfli əlaqələrin daha da genişlənməsi üçün böyük potensialın mövcud olduğunu, son bir neçə il ərzində həyata keçirilən intensiv siyasi dialoq və yüksək səviyyəli səfər mübadilələrinin əməkdaşlığa müsbət töhfə verdiyini diqqətə çatdırıb.
Milan Layçak Slovakiyanın Azərbaycanla bütün müstəvilərdə əməkdaşlığının əhəmiyyətli olduğunu, xüsusilə iqtisadi əlaqələr olmaqla, müxtəlif istiqamətlərdə əməkdaşlığının genişlənməsinə çalışacağını diqqətə çatdırıb.
2023-cü ildə diplomatik münasibətlərin qurulmasının 30 illiyinin əhəmiyyət daşıdığını vurğulayıb. Səfir Slovakiya şirkətlərinin ölkəmizə marağının daha da artdığını qeyd edib. Enerji, nəqliyyat, kiçik və orta biznesin inkişafı kimi sahələrə önəm verildiyini bildirib.
Nazir səfirə 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranmış yeni vəziyyət, üçtərəfli bəyanatların icrası ilə bağlı tərəfimizdən görülən tədbirlər, Ermənistan tərəfinin üzərinə götürdüyü öhdəliklərə uyğun olmayan davranışları və sülhün təmin edilməsi istiqamətində çətinliklər yaratması, azad olunmuş ərazilərdə insanların həyatına birbaşa təhlükə olan mina təhdidi, post münaqişə dövründə həyata keçirilən bərpa və quruculuq işləri barədə məlumat verib.
Slovakiya şirkətlərinin işğaldan azad edilmiş ərazilərdə yenidənqurma işlərinə olan marağını müsbət qarşılayıb.
Səfir bir daha ölkələrimiz arasında münasibətlərin daha da inkişafı naminə səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb.
Ceyhun Bayramov Slovakiyanın yeni səfiri ilə görüşdü - FOTOCeyhun Bayramov Slovakiyanın yeni səfiri ilə görüşdü - FOTOCeyhun Bayramov Slovakiyanın yeni səfiri ilə görüşdü - FOTO

Siyasi       Tarix: 29 iyul 2022
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

İlham Əliyev Qazaxıstan Prezidentinə BAŞSAĞLIĞI VERDİ

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı verib. xəbər verir ki, başsağlığı mətnində deyilir:. "Hörmətli Kasım-Jomart Kemeleviç,. Manqistau vilayətində keçirilən hərb

Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman

Azərbaycan Prezidenti İlham Əliyev dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında Fərman imzalayıb. xəbər verir ki, sözügedən Fərmana əsasən, dövlət ümumi təhsil müəssisələrind

1 saat danışdılar - Lavrov və Rubio nəyi müzakirə etdi?

Nyu-Yorkda Rusiya xarici işlər naziri Sergey Lavrov ilə ABŞ Dövlət katibi Marko Rubio arasında təkbətək danışıqlar başa çatıb. "RİA Novosti"yə istinadən xəbər verir ki, diplomatik görüş təxminən bir saat davam edib

27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı

Ermənilərin xalqımıza qarşı düşmənçilik siyasəti 200 ildən artıq bir zaman kəsiyində – çar Rusiyası zamanı əzəli Azərbaycan torpağı Qarabağa köçürüldükləri vaxtdan başlayaraq bu günə qədər davam edir. Məskunlaşdıqları il

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşdü

Sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının Prezidenti Aleksandr Oşpelt ilə görüşüb. xəbər verir ki, söhbət zamanı ölkəmizin beynəlxalq əhəmiyyətli nüfuzl

Vətən müharibəsindən suverenliyə: Qarabağda tarixi dönüşün əsas mərhələlər

"27 sentyabr 2020-ci ildə Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarından sonra başlayan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın təxminən 30 il işğal altında qalmış ərazilərinin böyük hissəsinin aza

"Qısqanclıq kişi ilə qadın arasında olur" - Putin həmin görüşdən danışdı

Rusiya Prezidenti Vladimir Putin ÇXR Sədri Si Cinpinlə ABŞ Prezidenti Donald Trampın Vaşinqtondakı görüşünə qısqanclıqla yanaşmadığını bildirib. TASS-a istinadən xəbər verir ki, Rusiya dövlət başçısı bu cür hisslərin beynəlxal

Prezident əfv Sərəncamı imzaladı

Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş bəzi şəxslər cəzanın çəkilməmiş hissəsindən azad ediliblər. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmi

10 illik məhkum edilmiş Martin də əfv edildi

Fransaya casusluq ittihamı ilə məhkum olunan Martin Ryan əfv edilib. xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Qeyd edək ki, M.Ryan bu ilin martında 10 il müddətinə məhkum edilmişdi


yeni xeberler son xeberler azerbaycan xeberleri havanın temperaturu cəbhədən şad xəbər cəbhədən son xeber cəbhədən son xəbər