Ceyhun Bayramovla hər gün telefonla danışırıq - Mövlud Çavuşoğlu
"Fərqli ölkələrdən təkliflər var. Dünən dedik ki, Azərbaycandan bir təyyarə və 40 yanğınsöndürən avtomobil 150 nəfərlə yola düşəcək. Təyyarə 10 şəxsi heyətlə Dalaman şəhərinə eniş edib. Yanğınsöndürən avtomobillər də Gürcüstandan keçir. Onlar Türkiyəyə gəlirlər".
Publika.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
Onun sözlərinə görə, meşə yanğınları ilə bağlı Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə telefon danışığı olub:
"Qardaşımla hər gün telefonla danışırıq. NATO-nun baş katibi Yens Stoltenberqlə də telefon danışığımız baş tutub. NATO-nun qurudan yardımla bağlı bəzi missiyaları var, lakin Avropada və ya müttəfiq ölkələrdə də güclü yanğınlar var. Şimali Makedoniya istisna olmaqla, heç kim bu mexanizmdən istifadə etməyib. Dostlarımızın qiymətləndirməsinə görə, NATO -nun yerdən dəstəyinə ehtiyac olmadığını düşünürük. Daha böyük bir şey olarsa, Allah qorusun, çəkinməyəcəyik. Çünki, biz NATO üzvüyük".
Xidmetler [newsid: 0-123300]

Masallıda qəzada ölən 18 yaşlı gəncin fotosu
Hakan Fidan: Türkiyə, Azərbaycan və Pakistan liderlərinin birliyi bütün dünyaya mesajdır
Hakan Fidan: Azərbaycanla Ermənistan arasında sülh sazişinin tezliklə imzalanacağına ümid edirik
Azərbaycanla Meksika arasında memorandum imzalandı - Fotolar
Ceyhun Bayramov Tailanda işgüzar səfərə yola düşüb
İran "tam hazır" vəziyyətinə gətirildi: Böyük müharibə YENİDƏN BAŞLAYIR
SON DƏQİQƏ: Xameneidən Trampa AĞIR ZƏRBƏ - "Baş tutmayacaq"
ABŞ-dən İrana "iqtisadi qəzəb": Çinə gedən tankerlər saxlanıla bilər
İran danışıqlardan ÇƏKİLDİ: "ABŞ-ın iddiaları media oyunudur"
Ədalət Şükürov müğənnilərə səsləndi: 'Kitab oxuyun
Hollivud ulduzu hamilədir
Təbii qazın qiyməti artdı
Lənkəranda maşın təmiri sexində partlayış oldu
Ordudan yeni tərxis olunan gəncin meyiti tapıldı
2 hərbçinin öldüyü qəzanın görüntüləri