Ceyhun Bayramovla Lavrov arasında telefon danışığı oldu - YENİLƏNİB
21 iyul 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.
Azərbaycan XİN-dən KONKRET.az-a verilən xəbərə görə, telefon danışığı zamanı Azərbaycan və Rusiya arasında mövcud ikitərəfli münasibətlər, bölgədə sülh və sabitliyin təmin edilməsi istiqamətində tədbirlər, Azərbaycanla Ermənistan arasında normallaşma prosesi və bu istiqamətdə mövcud çətinliklər müzakirə edilib.
Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
***
17:12
İyulun 21-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı olub.
KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazirlər Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında razılaşmalar əsasında Bakı və İrəvan arasında münasibətlərin normallaşmasının əsas yolları üzrə birgə işin intensivləşdirilməsi yollarını müzakirə ediblər.
C.Bayramov və S.Lavrov əlavə təmaslar barədə razılığa gəliblər.

Qızılca ilə bağlı son vəziyyət açıqlandı
Qazax Rayon Psixiatriya Xəstəxanasında yanğın - 44 xəstə təxliyə edildi+Fotolar
Almaniyada ABŞ-a məxsus hərbi təyyarə qəzaya uğrayıb
Dənizdə batan tələbələrin - Fotosu
Lənkəranda evdən 75 min manat pul oğurlandı - Saxlanılanlar var
Tramp İlham Əliyevdən sitat gətirdi
Ermənistan xarici kəşfiyyatının rəhbəri Bakıdadır
Kəmaləni sevənlərə ŞAD XƏBƏR – Bu tarixdə konsert verəcək
Bu işlərdə çalışanların ödündə daş yaranır
Reklamlarda əxlaqsızlığı təbliğ edənlər 500 manat cərimələnəcək - Açıqlama
Sərxanın Rusiyaya girişinə 'stop' qoyulub
Serdar Ortaç vəsiyyətini açıqladı
Abbas Əraqçi Ceyhun Bayramovla görüşdü
Yuri Maksimov yenidən Azərbaycanda: Bu klubla anlaşdı