Ceyhun Bayramovun Lavrovla görüşü baş tutdu - YENİLƏNİB + FOTO
Ceyhun Bayramovun Lavrovla görüşü baş tutdu - YENİLƏNİB + FOTO
Aprelin 1-də MDB ölkələrinin xarici işlər nazirləri Şurasının iclasında iştirak etmək məqsədilə Moskvada işçi səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun rusiyalı həmkarı Sergey Lavrov ilə görüşü keçirilib.
Xarici İşlər Nazirliyindən verilən məlumata görə, hər iki tərəfdən nümayəndə heyətlərinin iştirak etdiyi görüşdə ikitərəfli əməkdaşlıq münasibətləri, mövcud regional vəziyyət, üçtərəfli bəyanatların həyata keçirilməsi məsələlərinə dair ətraflı müzakirələr aparılıb.
Azərbaycan və Rusiya arasında mövcud olan dialoqun səviyyəsindən məmnunluq ifadə edilib.
Görüşdə həmçinin qarşılıqlı maraq kəsb edən beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
17:36
Bu gün Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ara Ayvazyanla ayrı-ayrılıqda görüşlər keçirərək, üç ölkənin liderlərinin Qarabağla bağlı razılaşmalarının yerinə yetirilməsi məsələsini müzakirə edəcək.
Bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
"Aprelin 1-də Rusiya Xarici İşlər naziri Sergey Lavrovun Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə görüşləri keçiriləcək. Söhbət əsnasında ikitərəfli əməkdaşlıq məsələlərinin, əlbəttə ki, Qarabağdakı vəziyyətin, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin ötən ilin 9 noyabrı və cari ilin 11 yanvarındakı razılaşmalarının həyata keçirilməsinin gedişatının müzakirəsi planlaşdırılır", - deyə M.Zaxarova qeyd edib.
Tərəflər həmçinin görüşlər zamanı bir sıra beynəlxalq və regional məsələləri müzakirə edəcəklər.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Prezident Canni İnfantinonu qəbul etdi
Azərbaycanda qədim yaşayış məskəni aşkarlandı - FOTO
Lənkəranda kişi atasını qaynar su ilə yandırdı
Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı
Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR
Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR
Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova
Prezident sərəncam imzaladı
Logistika və nəqliyyat Azərbaycanın iqtisadi inkişafında yeni imkanlar yaradır
Azərbaycan iqtisadiyyatına 10,8 milyard dollarlıq sərmayə: Ekspertlər nə deyir?
Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib
Baş prokuror: "Azərbaycan beynəlxalq platformalarda fəal iştirak edir
27 Sentyabr: Zəfərin başlanğıcı və şəhidlərimizin əbədi xatirəsi
AZAL-dan Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi TƏKLİF
Pərviz Heydərov vəfat etdi