Ceyhun Bayramovun Vaşinqton səfərindən gözləntilər - ŞƏRH

Ceyhun Bayramovun Vaşinqton səfərindən gözləntilər - ŞƏRHAzərbaycanın xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Zirvə görüşündə iştirak üçün ABŞ paytaxtına yola düşüb. Görüş çərçivəsində bir sıra yüksək səviyyəli ikitərəfli təmaslara yer veriləcəyi nəzərdə tutulub.
Azərbaycan XİN rəhbərinin Vaşinqton səfərini KONKRET.az-a şərh edən politoloq Məhəmməd Əsədullazadə bildirib ki, Azərbaycan və Ermənistanın NATO Sammitinə dəvət edilməsi Vaşinqtonun Cənubi Qafqaz siyasətinin prioritetidir:
"Məhz Vaşinqton iki dövləti tərəfdaş kimi bu sammitə dəvət edərək Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması istiqamətində gedən danışıqlar prosesinə vasitəçilik edəcək. ABŞ rəsmiləri bir həftə əvvəl Ermənistanda, həm də Azərbaycanda olublar. ABŞ çalışır ki, Azərbaycan və Ermənistan arasında sülh əldə olunsun, kommunikasiyalar açılsın. ABŞ xüsusilə Cənubi Qafqaz, Mərkəzi Asiya, Xəzər dənizi hövzəsində öz mövqeyini gücləndirməyə çalışır. Bu nöqteyi-nəzərdən Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərini NATO sammitinə dəvət etməsi Vaşinqtonun real sülhə töhfə verdiyini göstərir. Vaşinqtonun Ermənistana müəyyən təlimatları əsasında Ermənistan bu gün Azərbaycanın şərtlərini qəbul edib. Bu görüşdə sülh müqaviləsinin detalları, COP29-a kimi çərçivə sazişinin imzalanması və digər məsələlər də müzakirə ediləcək".
Türkiyənin NATO-nun aparıcı ölkəsi olduğunu vurğulayan politoloq ABŞ-də keçiriləcək görüşlərdə Türkiyə-Ermənistan əlaqələrinin normallaşması istiqamətində danışıqlar aparılacağını söyləyib:
"Türkiyə NATO-nun aparıcı ölkəsidir. ABŞ Ermənistan – Azərbaycan danışıqlarında Türkiyənin rolunu qəbul edir. Həmçinin burada Türkiyə Ermənistan əlaqələrinin normallaşması istiqamətində danışıqlar aparılacaq. Hesab edirəm ki, çox müsbət irəlliləyiş əldə olunacaq".
Politoloq Xəyal Bəşirov isə hesab edir ki, bu sammitdən öncə baş verən proseslər görüşün proseslərə heç bir müsbət töhfə verməyəcəyinə əminlik yaradır:
"Prosesdən öncə Azərbaycana əsassız çağırışların edilməsi, Qarabağdan çıxan ermənilərlə bağlı əsassız ittihamların ortaya atılması, absurd iddiaların səsləndirilməsi, eyni zamanda Ermənistanın silahlandırılması və yaxud buna göz yumulması, 5 aprel tarixində Aİ, ABŞ və Ermənistanın üçtərəfli qaydada Brüsseldə görüşünün keçirilməsi, bu görüşdə Azərbaycan iştirakının təmin edilməməsi, görüşdə ABŞ və Aİ tərəfindən Ermənistana yardım edilməsi, Cenevrədə keçirilən sülh konfrasında Ermənistanın iştirakı və 100 milyon ABŞ dolları həcmində yardımın edilməsi və digər bu kimi faktlar özündə keçmiş münaqişə tərəflərindən birinə dəstəyi ehtiva edir. Bu dəstək hazırkı həssas dönəmdə edilir və bu, sülh prosesinə ciddi maneə yaradır".
Ekspert düşünür ki, görüşdə Azərbaycanın öz mövqeyini ortaya qoyacağı gözlənilir:
"Məncə, təmasların qurulması bizim tərəfdən sülh prosesi ilə bağlı qarşıya qoyduğumuz məqamlara heç bir təsir etməyəcək. Əsas mövqeyimiz dəyişilməz olaraq qalır. Biz öz prinsiplərimizə sadiqliyimizi nümayiş etdiririk, amma Ermənistan bu istiqamətdə bəyanatlarla kifayətlənir. Ermənistan Azərbaycanın haqlı tələblərinə uyğun olaraq öz konstitusiyasına dəyişikliklər etməlidir. Konstitusiyada bu günə qədər sülhü istisna edən, sülh müqaviləsinin bağlanmasına maneə törədən müddəalar var. Ermənistan konstitusiyasında bu məqamlar aradan qaldırılmadığı müddətdə Azərbaycanın Ermənistanla sülh sazişi imzalaması mümkünsüzdür.
Bu məqamlar istənilən görüşdə olduğu kimi bu görüşdə də masaya qoyulacaq. Bundan sonra prosesə dəstək vermək niyyətini ortaya qoyan qüvvələrdən Ermənistana yönəlik çağırışlar eşidəcəyik. Əgər bu çağırışlar edilməyəcəksə, onların görüntü xarakteri görüşlər təşkil etdiyi, sülh istəmədikləri təsdiqlənəcək".
Politoloq Turan Rzayev bildirib ki, görüşdə Azərbaycan ilə NATO əlaqələri, həmçinin Cənubi Qafqazda sülh prosesi, hərbi gərginliyin azaldılması, eskalasiya risklərindən yayınma cəhdləri, sülh prosesi çərçivəsində atılan addımlar müzakirə ediləcək:
"Bizim rəsmi səviyyədə tanınan müttəfiqimiz Türkiyə NATO ölkəsidir. Azərbaycanın da NATO ilə əməkdaşlığı var. Bu mənada NATO ilə münasibətlərin inkişaf etdirilməsi, əlaqələrin gücləndirilməsi, gələcəkdə NATO silahlarının ölkəmizə satışı, paralel olaraq ortaq silahların istehsal edilməsi müzakirə edilə bilər. Çünki Azərbaycanın inkişaf etməkdə olan silah sənayesi var və dünya silah bazarında Azərbaycan silahlarına tələbat da artıb. Azərbaycan prinsip etibarilə hərbi təşkilatlara üzv olmasa da, hərbi təşkilatlarla əməkdaşlıq edir. Biz konkret olaraq bir bloku, alyansı seçmirik, amma onların hərbi təcrübələrindən istifadə edirik. Sülh prosesinin uğurla davam etməsinə baxmayaraq, Ermənistanı silahlandıran dövlətlərin olduğunu bilirik. Xüsuilə Fransa kimi ölkələr Ermənistanı silahlandıraraq, onu regionda eskalasiyaya sövq edir. Bu risk faktorunu nəzərə alaraq Azərbaycan silah sənayesinin gücləndirilməsində, dünya praktikasından faydalanmaqda maraqlıdır".
Politloq Tural İsmayılov qeyd edib ki, ABŞ açıq şəkildə Cənubi Qafqaz ilə bağlı maraqlarının olduğunu ifadə edir.
"Azərbaycan ABŞ münasibətlərindəki buzlar aradan qalxıb. Münasibətlər yüksələn xətlə inkişaf edir. Amerika yaxşı başa düşür ki, bölgə ilə, regionun iqtisadi siyasi gələcəyi ilə bağlı Azərbaycanı narazı salaraq burada hansısa layihələri həyata keçirmək, iqtisadi-siyasi formada təmsil olunmaq mümkün deyil. Eyni zamanda ABŞ Mərkəzi Asiyadan Avropaya yeni tranzit xətlərinin, komunikasiyaların açılmasında maraqlıdır. Ona görə də Azərbaycanla Ermənistan arasında sülhün tez bir zamanda imzalanmasına çalışır. Bu formatda Azərbaycan-Ermənistan arasında razılaşmaların əldə edilməsində ABŞ moderator qismində iştirak etməyə cəhd edir. Prosesdə sona qədər obyektivliyi qorusa, bu formatı uğurlu hesab etmək olar".
Aygün Mirakif
KONKRET.az

Siyasi       Tarix: 09 iyul 2024
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Ərdoğanın səfəri hansı mesajları verir? – Politoloqdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycana səfər etməyi planlaşdırır. Son günlər Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı sosial şəbəkələrdə müxtəlif müzakirələ

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Estoniya Azərbaycanla energetika, təhsil, rəqəmsallaşma və digər istiqamətlərdə əməkdaşlığın genişləndirilməsində maraqlıdır. xəbər verir ki, bunu Estoniyanın xarici işlər naziri Marqus Tsahkna Tallində iki ölkə arasınd

Ermənistanda Azərbaycan irsinə qarşı vandalizm: 734 qəbiristanlığın aqibəti açıqlandı

Qərbi Azərbaycanda azərbaycanlılara məxsus tarixi-mədəni irsin taleyi uzun illərdir narahatlıq doğuran məsələlərdən biridir. Həmin ərazilərdə yerləşən bir sıra tarixi abidələrin ermənilər tərəfindən dağıdıldığı, vandalizm

Azərbaycan QHT-ləri İranın Azərbaycandakı Səfirliyinə imzaladıqları açıq məktubu təqdim edib

Bu gün bir qrup QHT nümayəndəsi İranın Azərbaycandakı Səfirliyinə gələrək Prezident Məsud Pezeşkiana oktyabrın 26-da ünvanladıqları Açıq Məktubu Səfirliyə təqdim ediblər. Səfirlik nümayəndələri sənədi qəbul ediblər. QHT təmsilçilər

Mirziyoyev İlham Əliyevi təbrik etdi

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Prezident İlham Əliyevə məktub ünvanlayıb. xəbər verir ki, məktubda deyilir:. "Hörmətli İlham Heydər oğlu. Dəyərli qardaşım. Ölkənizin şanlı bayramı – Zəfər Günü münasibətilə Siz

ASAN Xidmət unikal Azərbaycan brendidir - Prezident

Dövlət-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni mərhələyə keçidinə zəmin yaradan "ASAN xidmət" bu gün yalnız qabaqcıl milli idarəçilik təcrübəsi deyil, həm də beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir

Müxalifət Netanyahuya qarşı birləşir – Mühüm görüş

İsraildə müxalifət blokuna daxil olan partiyaların liderləri – Qadi Ayzenkot, Naftali Bennett, Yair Lapid, Aviqdor Liberman və Yair Qolan Knessetə seçkilərdən sonra ilk dəfə görüş keçirəcəklər. KONKRET.azxəbər verir ki, b

Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır

Ermənistan və Azərbaycan arasında sülh, eləcə də regional əməkdaşlığın inkişafı Cənubi Qafqaz üçün, xüsusilə logistika və beynəlxalq daşımalar sahəsində yeni imkanlar yaradır. xəbər verir ki, bu barədə Ermənistanın Baş nazir

Kiyev Yakuboviçi "qara siyahı"ya saldı

Rusiyalı məşhur teleaparıcı Leonid Yakuboviç Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumat bazasına əlavə edilib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Məlumata görə, buna səbəb Yakuboviçin Rusiyanı


azerbaycan xeberleri yeni xeberler son xeberler oxu.az xeberler xeber saytlari son xeberler bugun 2026 muharibe sou xeberler