Ceyhun Əsgərovun durumu ilə bağlı TƏBİB-dən - AÇIQLAMA
"Biz ona tibbi yardım etməyə hazırıq".
azxeber.com xəbər verir ki, bu gün tanınmış jurnalist, Milli Qəhrəman Salatın Əsgərovanın oğlu Ceyhun Əsgərov Facebook hesabında paylaşım edib.
O, paylaşımında bir saata həyatdan gedəcəyini bildirib.
Bununla bağlı "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi"nin (TƏBİB) İctimaiyyətlə əlaqələr və tədbirlər şöbəsinin müdiri Zamirə Ədilovanın azxeber.com-a verdiyi məlumata görə, Ceyhun Əsgərova yardım göstərilib, dispanserə yerləşdirilmək təklif edilsə də, o bundan imtina edib:
"Ceyhun Əsgərovun durumundan xəbərdarıq. Ceyhun Əsgərova daim yardım göstərilib, onun üçün təcili tibbi yardım briqadası da ayrılıb. Ona evində yardım göstərilib və Kliniki Tibbi Mərkəzdə müalicə alıb. Biz hətda Səhiyyə Nazirliyi ilə də danışıqlar aparıb, Ceyhun bəyin dispanserə yerləşdirilməsini də təklif etmişik. Ancaq o bundan imtina edib. Biz yenə də lazım olan tibbi yardımı ona etməyə hazırıq".
Günel Hüseynli

Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Ağır qəza nəticəsində 5 nəfər yanaraq öldü
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var