Ceyhunun qətli ilə bağlı komandirinə - 5 il həbs tələbi
Naxçıvanda itkin düşdükdən iki gün sonra nəşi tapılan əsgər Ceyhun Hüseynovun qətli ilə bağlı məhkəmə istintaqı başa çatıb.
azxeber.com xəbər verir ki, "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, bu gün Naxçıvan Hərbi Məhkəməsində keçirilən iclasda prokuror yekun nitqi ilə çıxış edib.
Prokuror bəyan edib ki, təqsirləndirilən polkovnik Samir Həziyev və hərbi hissənin tibb xidməti rəisi işləmiş, tibb xidməti kapitanı Aydın Quliyevə vəzifə səlahiyyətlərini aşma maddəsi ilə elan edilmiş ittiham məhkəmə istintaqı zamanı toplanmış sübutlarla təsdiqini tapıb.
Bu əsasla S.Həziyev 5 il, A.Quliyev isə 4 il müddətinə azadlıqdan məhrum edilməlidir.
Həmçinin sərbəst mühakimə edilən A.Quliyevin məhkəmə zalında həbs olunması təklif olunub.
Vəkillər Orxan Zeynalov və Kəramət Əliyevə müdafiə çıxışına hazırlanmaları üçün aprelin 17-dək vaxt verilib.
Samir Həziyev və Aydın Quliyev Cinayət Məcəlləsinin 341.2.3-cü (bir qrup şəxs tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və ya vəzifə səlahiyyətlərini aşma bir qrup şəxs tərəfindən ağır nəticələrə səbəb olduqda) maddəsi üzrə ittiham edilirlər.
Cinayət işi baxılması üçün məhkəməyə göndərilib.
Qeyd edək ki, Ceyhun Hüseynov 2016-cı ildə Akademik Zərifə Əliyeva adına liseyi qızıl medalla bitirib və 627 balla ADA Universitetinə qəbul olunub. O, 2024-cü ilin iyunun 9-da naməlum şəraitdə itkin düşmüş, iki gün sonra qətlə yetirilmiş halda tapılmışdı.

Prezident Esvatini Kralını təbrik etdi
Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Bakının bu ərazisində işıq olmayacaq
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Dünyanın ən gözəl qadını seçildi
Mehman Hacıyev dünyasını dəyişdi
"Sabah" Prezidentin ayırdığı pulu belə xərcləyəcək
Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
Premyer Liqada turun yekunu: iki gərgin qarşılaşma
Qeyri-qida malları ilə bağlı YENİ QAYDA