Ceyms Kemeron açıqlama verdi: "Avatar"ın davamı çəkiləcəkmi?
Ceyms Kemeron açıqlama verdi: "Avatar"ın davamı çəkiləcəkmi?
"Avatar" elmi-fantastik blokbasterinin bir neçə yeni hissəsi çəkilə bilər.
Bu niyyəti barədə amerikalı rejissor Ceyms Kemeron açıqlama verib.
"Kris Uolleslə kim danışır?" şousu zamanı rejissor qeyd edib ki, onun meqabüdcəli sikveli "Avatar: Su Yolu" filminin qonorarı dünya prokatı üzrə 1,5 milyard dolları keçərək 2022-ci ilin ən çox gəlir gətirən filmi olub.
"Görünür, filmin indiki nümayiş göstəriciləri ilə biz yaxın bir neçə gündə xərcləri asanlıqla ödəyəcəyik. Buna görə də mən bu işdən uzaqlaşa bilməyəcəm, digər sikvellərini də çəkməliyəm. Mən qarşıdakı altı və ya yeddi il ərzində nə edəcəyimi artıq bilirəm", - deyə Kemeron qeyd edib.
O həmçinin vurğulayıb ki, "Disney"in aparıcı mütəxəssisləri ilə "Avatar"ın üç yeni hissəsi üzərində işləmək planını müzakirə etməyi planlaşdırır. Rejissor bildirib ki, üçüncü lentin bəzi səhnələri artıq hazırdır və qarşıda zəhmətli təkmilləşdirmə və post-produksiya prosesi dayanır.
Mənbə: Gazeta.ru / oxu.az

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Bu, Makronun mövqeyini zəiflətdi – Politiko
Aİ-nin Azərbaycandakı Nümayəndəliyi Müstəqilliyin Bərpası Günü münasibətilə paylaşım edib
Ermənistanın Azərbaycana qarşı mina müharibəsi bu dəfə Romada fotofaktlarla nümayiş etdirilib
Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram
Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub
Marsol Group ilə Kamboca Krallığının Turizm naziri arasında görüş keçirilib - FOTOLAR
Yavər Şıxəliyev vəfat etdi
Sabah' FK – 'Borussiya Dortmund' oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək
Qızıl və gümüş bahalaşdı
"Hər həftə bir ev alırdım
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb