Ceyms Uorlik: "Qarabağ Azərbaycanın tərkibində bütün hüquqlara malik olacaq"
Ermənistanın Azərbaycana hərbi təcavüzünün başlamasından bəri beynəlxalq təşkilatlar vasitəçilik missiyasını yerinə yetirirlər. Bunlardan ən "fəalı" isə ATƏT idi. 28 il regiona səfərlər edən və daim Ermənistanın mövqeyini dəstəkləyən ATƏT Minsk qrupu əsasən regionda status-kvonu qorumaq və işğalı legitimləşdirmək siyasəti aparırdı. Elə bunun nətəcəsi idi ki, BMT Təhlükəsizlik Şurasının qətnamələri kağız üzərində qalmışdı. Həmsədrlərin yarıtmaz işi nəticəsində torpaqlarımız 28 il işğal altında qaldı, şəhər və kəndlərimiz darmadağın edildi.
44 günlük müharibədən sonra haqqın dərgahına qovuşan bu qurumu diriltmək cəhdi nəticə vermədi. Ermənilərin istinad nöqtələri yer üzündən silindi. İndi həmin təşkilatdan qalan keçmiş həmsədrlərdir.
Keçmiş ATƏT-in keçmiş həmsdirlərindən biri amerikalı Ceyms Uorlik ABŞ-ın Ermənistandakı səfirinin məlum bəyanatını anlamadığını bildirir:
"Hesab edirəm ki, belə bəyanatlar vermək hələ tezdir. Qarabağ əhalisinə təhlükəsizlik təminatları verilməlidir və şübhəsiz ki, etnik təmizləmədən söhbət getməməlidir. Bu məsələ ən yüksək səviyyədə həll olunmalıdır", – deyə Uorlik bildirib.
Keçmiş diplomatın fikrincə, nizamlanmanın tərkib hissəsi olan bir sıra digər məsələlərdə, məsələn, kommunikasiya və nəqliyyat yollarının açılmasına da təminatlar verilməlidir.
Daha sonra Uorlik "Qarabağ Azərbaycanın tərkibində bütün hüquqlara malik olacaq" – deyib.
Vəli Həsənov,
KONKRET.az

"Sabah" doğma meydanda xal itirdi
"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
Məşhur aktrisa vəfat etdi
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Benzin qiyməti kəskin ucuzlaşdı
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ərdoğan sabah Qarabağa gəlir
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi