Ceyranbatan su anbarının yaxınlığındakı yanğın söndürüldü - YENİLƏNİB
11:55
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Abşeron rayonunun Ceyranbatan qəsəbəsində Ceyranbatan su anbarının ərazisində quru ot və kol-kos yanması barədə məlumat daxil olub.
Bu barədə Open.az-a FHN-dən məlumat verilib.
Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvə və texnikası hadisə yerinə cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri aparılır.
***
12:16
Abşeron rayonu ərazisində, Ceyranbatan su anbarının yaxınlığında baş verən yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.
Fövqəladə Hallar nazirliyinin Mətbuat Xidmətindən Open.az-a verilən məlumata görə, yanğının söndürülməsi üçün əraziyə 2 helikopter cəlb edilib. Hazırda yanğının qarşısının alınması istiqamətində işlər davam etdirilir.
Xatırladaq ki, bu gün səhər saatlarında Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ərazisində, Ceyranbatan Su Anbarının yaxınlığında quru ot və kol-kos yanması barədə Fövqəladə Hallar nazirliyinin 112 xidmətinə məlumat daxil olub. Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvə və texnikası hadisə yerinə cəlb olunub.
***
Abşeron rayonu ərazisində Ceyranbatan su anbarının yaxınlığında baş verən yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri (FHN) tərəfindən saat 16:49-da söndürülüb.
Bu barədə Open.az-a FHN-dən məlumat verilib.
Yanğının söndürülməsi əməliyyatına Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və 17 ədəd texnikası, Aviasiya dəstəsinin 3 ədəd helikopteri, Mülki müdafiə qoşunlarının və Xüsusi Riskli Xilasetmə Xidmətinin şəxsi heyəti cəlb olunub.
Əlavə məlumat veriləcək.

Zelenskidən ŞOK "Yalta-2" XƏBƏRDARLIĞI: Tramp, Putin və Si Cinpinin gizli planından QORXUR
Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib
Azərbaycan ilə FAO arasında əməkdaşlıq müzakirə olunub
İpoteka krediti qaydaları dəyişdi
Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilə bilər - Diqqətçəkən açıqlama
AFFA 10 komandaya texniki məğlubiyyət verdi
"Real" Mbappeyə görə Çin xalqından üzr istədi
Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib
Böyük Britaniyadan tarixi DƏSTƏK: Ukraynaya 12 milyard avroluq rekord yardım paketi AYRILDI
Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə edilib
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verib
Niderland Ukraynaya 1.2 milyardlıq yardım ayırır
Bank kartında pul saxlamaq təhlükəlidirmi? - Ekspert riskləri açıqladı
Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş
Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib