"ChatGPT"yə bu barədə sual verməyin - Ekspert bizi gözləyən təhlükədən danışdı

Xəbər verdiyimiz kimi, "OpenAI" şirkəti "ChatGPT" çatbotuna iki mövzuda məsləhət verməyi qadağan edib. Şirkət lisenziyalı mütəxəssis iştirakı olmadan hüquqi və tibbi məsləhət verilməsini yasaqlayıb. Bundan başqa, çatbot artıq milli təhlükəsizlik, təhsil, mənzil və məşğulluq kimi mövzularla bağlı məlumat təqdim etməyəcək.
İT üzrə ekspert Fərid Kazımov azxeber.com-a deyib ki, süni intellektin insan fəaliyyətinə çox böyük dəstəyi olsa da, müəyyən çatışmazlıqlar da mövcuddur:
"Süni intellektin müəyyən çatışmazlıqları var. Bu çatışmazlıqlar əsasən halüsinasiyalarla bağlıdır. Məsələn, hüquq sahəsində Qərbdə böyük bir qalmaqal yaşanmışdı.  Belə ki, fiziki şəxs məhkəməyə hazırlaşırdı və vəkillər süni intellekt sistemindən istifadə etmişdilər. 
Bilirsiniz ki, Qərbdə "presedent hüququ" mövcuddur. Azərbaycan isə ənənəvi olaraq Almaniya hüquq sistemini qəbul edib. Amma pretsedent hüququnda belə bir prinsip var ki, hər hansı bir məhkəmənin qərarı sonradan qanun kimi istifadə oluna bilər. Lakin həmin sistem onlara mövcud olmayan "keyslər" (məhkəmə işləri) təqdim etmişdi. Həmin o qalmaqalda vəkillər süni intellektin təqdim etdiyi bu uydurma işlərə (keyslərə) əsaslanmışdılar. Bir sözlə süni intellektdə halüsinasiyalar, yəni yanlış və uydurma məlumatlar ola bilir".
Ekspert deyib ki, süni intellekt bəzən məlumatları səhv ötürür:
"Mən özüm də bir neçə dəfə beynəlxalq hüquqla bağlı məsələlərdə belə hallarla rastlaşmışam. Dəqiq bildiyim mövzuda sorğu verəndə, süni intellekt bəzən səhv məlumat təqdim edib. Mən səhvi göstərdikdə isə sistem "bəli, səhv etmişəm, sən düz deyirsən" kimi cavab verir. Bu baxımdan hüquq sahəsində verilən yanlış məlumatlar insanın həyatına birbaşa təsir göstərə bilər. Çünki hüquqi qərarlar bəzən şəxsin gələcəyini müəyyənləşdirir. Tibbi məsələlərdə isə məsələ daha da həssasdır, çünki bu, birbaşa insan səhhətinə aiddir. Buna görə də tibbi mövzularla bağlı verilən tövsiyələr etik və məsuliyyətli şəkildə olmalıdır.
Bəzi süni intellekt sistemləri istifadəçiyə "mütləq həkimə müraciət edin, bu məlumatlar yalnız informasiya xarakteri daşıyır" kimi xəbərdarlıq edirlər". 
F.Kazımov qeyd edib ki, bizdə hələlik süni intellekt əsaslı tibbi xidmət və ya hüquq agentləri tam formalaşmayıb:
"Hazırda biz ümumi çatbotlara müraciət edirik. Onlar müxtəlif məlumatları ümumi şəkildə birləşdirirlər. Amma bu sistemlər ixtisaslaşsa, yəni konkret sahələr üzrə təkmilləşsə, səhv məlumatların sayı əhəmiyyətli dərəcədə azalar. Məsələn, Azərbaycanda "e-qanun.ai" adlı platforma yaradılıb. Bu, süni intellekt əsaslı bir sistemdir və Azərbaycan qanunvericiliyi üzrə ixtisaslaşıb. Yəni orada yalnız milli qanunlarla bağlı məlumatlar toplanıb. Əgər süni intellekt əsaslı agent müəyyən bir sahə üzrə ixtisaslaşırsa, o, daha dəqiq və etibarlı məlumatlar verə bilər. Hazırda çatbotlar ümumi məlumat bazasına əsaslanır. Amma əgər tibbi ixtisaslaşmış sistemlər yaradılarsa belə çatbotlar real həkimlərlə müqayisədə təxminən iki dəfə daha düzgün diaqnozlar təklif edə bilər. Yəni süni intellektin potensialı çox böyükdür, amma onu ixtisaslaşdırmaq lazımdır. 
Hazırda sanki biz adi bir həkim olmayan  insandan sual soruşuruq. Gələcəkdə digər sahələrdə də bu cür ixtisaslaşmış sistemlərin yaranacağı gözlənilir. Bu, həm daha peşəkar yanaşma, həm də insanlara daha dəqiq və dərin məlumatlar əldə etmək imkanı verəcək".
Şahanə Ziyad

Sosial       Tarix: 03 noyabr 2025
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN

Azərbacanda bu şəxslərə iki və üç otaqlı mənzillər veriləcək

Ağstafa rayonunda şəhid ailələri və əlilliyi olan şəxslərin mənzillə təmin olunması üçün 9 mənzil alınması nəzərdə tutulur. -ə istinadən xəbər verir ki, Sosial Xidmətlər Agentliyi tərəfindən bu məqsədlə 66 min manat vəsai

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar

Göygöldə 32 yaşlı kişi bıçaqlandı

Göygöldə bıçaqlanma hadisəsi baş verib. xəbər verir ki, hadisə rayonun Hacıməlik kəndində qeydə alınıb. Belə ki, 1994-cü il təvəllüdlü Elcan Həsənov bıçaqlanma diaqnozu ilə Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdirilib

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Arıqlamaq istəyənlərin NƏZƏRİNƏ - Nahar üçün ideal vaxt açıqlandı

Naharın hansı saatda yeyilməsi yalnız gündəlik qidalanma rejiminə deyil, çəkiyə nəzarətə də təsir göstərə bilər. Aparılan araşdırmalardan birində arıqlamağa çalışan 420 nəfərin qidalanma vərdişləri izlənilib. Məlum olub ki

Neftin qiyməti 91 dolları ötdü

Dünya bazarlarında neftin qiyməti artım nümayiş etdirib. xəbər verir ki, "Brent" markalı neftin noyabr fyuçerslərinin qiyməti 0,65 dollar və ya 0,72 faiz bahalaşaraq 1 barel üçün 91,14 dollara çatıb


yeni xeberler son xeberler azerbaycan xeberleri cəbhədən son vəziyyət bugünkü son xəbərlər xəbər.az xeberlər