Çiçəkləmə mövsümü ilə əlaqədar allergiya xəstələrinə tövsiyələr - FOTO
Çiçəkləmə mövsümü ilə əlaqədar allergiya xəstələrinə tövsiyələr - FOTO
Allergiya xəstələri çiçəkləmə mövsümündən iki-üç həftə əvvəl dərman qəbul etməyə başlamalı, həmçinin əvvəlcədən xüsusi pəhriz saxlamalıdırlar.
Bu barədə Moskva Səhiyyə Departamentinin yetkin sakinlərin sağlamlığı üzrə baş mütəxəssisi Andrey Tyajelnikov bahar fəslinin gəlişi ilə əlaqədar tozlanmadan əziyyət çəkənlərə tövsiyələrində bildirib.
O izah edib ki, hipoallergen pəhriz zamanı sitrus meyvələri, qoz-fındıq, müəyyən ədviyyatlar, balıq, kakao paxlası məhsulları, rəngli tərəvəzlər, meyvə və giləmeyvə, yumurta, bal, eləcə də yağlı, şirin məhsulların istifadəsi istisna edilir, yaxud ən azı ciddi şəkildə məhdudlaşdırılır.
"Əgər kondisioner yoxdursa və mənzilin havalandırılması lazımdırsa, o zaman pəncərələrə cuna tuta bilərsiniz ki, tozcuqların otağa daxil olmasının qarşısını alsın. Hava nəmləndiricisi almaq və rütubət səviyyəsini saxlamaq da məsləhət görülür", - Tyajelnikov əlavə edib.
O vurğulayıb ki, çiçəkləmə dövründə yağışlı havada gəzmək yaxşıdır, meşəyə, parka getmək isə elə də tövsiyə olunmur.
Mənbə: Gazeta.ru

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
Zelenski o hərəkətinə görə tənqid olundu
Tramp müharibənin bitmə zamanını açıqladı
Azərbaycanda ata oğlunun toyunda həbs olundu
Azercell-in innovativ həlləri ABŞ-in Silikon Vadisində və Çində mükafatlar qazandı - FOTOLAR
Cekpotdan sonra nə etdilər? - Milyon qazananların ən maraqlı qərarları
Məşhur türk aktyoru vəfat etdi
Emil Binyətzadə cəzalandırıldı
Bakıda mağazada qadın döyüldü
Qara dənizdə yük gəmisi dron hücumuna məruz qalıb - iki Azərbaycan vətəndaşı ölüb
Prezident Qaradağda açılışda iştirak etdi - FOTOLAR
"Sabah" "Mançester Yunayted"ə qarşı - Canlı-Yenilənir
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi
Bank of Baku-dan SOCAR işçilərinə 80.000 AZN-dək kredit – özəl faizlərlə və komissiyasız