Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
Avropa Komissiyasının 2028-2034-cü illər üçün təklif etdiyi çoxillik büdcə planı maliyyə baxımından qəbuledilməzdir və bütün istiqamətlər üzrə azaldılmalıdır.
KONKRET.az xəbər verir ki, bunu Almaniya kansleri Fridrix Merz Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta ilə birgə mətbuat konfransında bildirib.
"Avropa Komissiyasının təklifləri çoxillik maliyyə planının əvvəlki dövrlə müqayisədə 60 faiz artırılmasını nəzərdə tutur. Bütün üzv dövlətlərin büdcəyə qənaət etdiyi bir dövrdə bu, sadəcə olaraq, qəbuledilməzdir", – Merz deyib.
Almaniya kanslerinin sözlərinə görə, təklif olunan xərclər bütün maliyyə dövrü üzrə bir neçə yüz milyard avro azaldılmalıdır.
"Bununla əlaqədar təklifləri bütün maliyyə dövrü ərzində bir neçə yüz milyard avro azaltmalıyıq. Bu ixtisarlar bütün sahələri əhatə etməlidir", – o vurğulayıb.

Unibank məktəblilər üçün maliyyə savadlılığı təlimi keçirib
Xəstələrə iynə vuraraq yatırdıb, ölüm saatlarını dəyişdirib - "Güllü"nün qızı ilə bağlı şok iddialar
Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib
Rusiya-Ukrayna münaqişəsində yeni diplomatik mərhələ: Nələr dəyişə bilər?
Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib
Roman Abramoviç Bakıya gəldi
Bakıda yük avtomobili qəza törətdi, yol bağlandı
Ceyhun Bayramov Hakan Fidanla görüşdü – FOTOLAR
Tovuzda ağır qəza - 3 nəfərin vəziyyəti ağırdır
Zelenskidən ÇAĞIRIŞ: "Dnepr vağzalı vuruldu, Rusiya ilə bağlı qətiyyətli addım atın"
Bakıda yük avtomobilinin törətdiyi qəzadan sonra hərəkət bərpa olunub - YENİLƏNİB
Bu ərazilərdə işıq olmayacaq
Azərbaycan, Ermənistan və Gürcüstanın Romadakı səfirləri Cənubi Qafqazda sülhü müzakirə ediblər