Zelenski o hərəkətinə görə tənqid olundu
Ukrayna Prezidenti Volodimir Zelenskinin Norveç Kralı V Haraldın dəfn mərasimindəki davranışı Skandinaviya mətbuatında sərt tənqid olunub.
KONKRET.az Norveçin "Investornytt" nəşrinə istinadla xəbər verir ki, Ukrayna lideri dövlət başçısının matəm mərasimindən fürsət kimi istifadə edərək Norveç tərəfindən maliyyə və hərbi yardım tələb edib.
Məqalədə Zelenskinin bu addımı nəzakətsizlik kimi qiymətləndirilib. Bildirilib ki, dəfn mərasimi rəsmi qonaqların üzərinə müəyyən etik öhdəliklər qoyur.
Nəşrin fikrincə, Norveçin Baş naziri Yonas Qar Störe Ukraynaya dəstək məsələsini Zelenski ilə başqa vaxt müzakirə etməli idi:
"Qarşıdan gələn çətin qış mövsümünü bəhanə gətirmək bu danışıqların nədən məhz dəfn ziyarətinə təsadüf etməsini əsaslandırmır. Xüsusən də dövlət başçılarının son görüşündən cəmi iki həftə keçdiyini nəzərə alsaq, bu addım tamamilə yersiz idi".
Xatırladaq ki, 89 yaşlı Norveç Kralı V Harald avqustun 28-də səhər saatlarında vəfat edib. Monarx ölümündən dörd gün əvvəl hemolitik anemiyadan xəstəxanaya yerləşdirilmiş, daha sonra qanında bakterial infeksiya aşkar edilmişdi.

Unibank məktəblilər üçün maliyyə savadlılığı təlimi keçirib
Xəstələrə iynə vuraraq yatırdıb, ölüm saatlarını dəyişdirib - "Güllü"nün qızı ilə bağlı şok iddialar
Rusiya-Ukrayna münaqişəsində yeni diplomatik mərhələ: Nələr dəyişə bilər?
Hikmət Hacıyev 'AnewZ'un Qarabağ müharibəsi ilə bağlı hazırladığı filmi paylaşıb
Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib
Roman Abramoviç Bakıya gəldi
Bakıda yük avtomobili qəza törətdi, yol bağlandı
Tovuzda ağır qəza - 3 nəfərin vəziyyəti ağırdır
Zelenskidən ÇAĞIRIŞ: "Dnepr vağzalı vuruldu, Rusiya ilə bağlı qətiyyətli addım atın"
Bakıda yük avtomobilinin törətdiyi qəzadan sonra hərəkət bərpa olunub - YENİLƏNİB
Bu ərazilərdə işıq olmayacaq
Türk generalın Bakıda səhvi... - Türk yazar açıqladı