Ciddə şəhərindən 193 Azərbaycan vətəndaşı təxliyə edilib
Hərbi eskalasiya başlayan ilk gündən etibarən bölgədə yerləşən səfirliklərimiz və Baş konsulluqlarımız fəaliyyətini gücləndirilmiş rejimdə davam etdirir, vətəndaşlarımıza müvafiq dədtək göstərilməsi istiqamətində tədbirlər görülür.
azxeber.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadənin Yaxın Şərq regionunda vətəndaşlarımızın təxliyəsi ilə bağlı yerli mətbuatın sualına cavabında yer alıb.
Onun sözlərinə görə, indiyə qədər, bir nəfər istisna olmaqla vətəndaşlarımız arasında xəsarət alan olmayıb.
"Vətəndaşlarımızın təxliyəsinə gəldikdə, bu gün Azərbaycan Hava Yollarına məxsus xüsusi təyyarə reysi ilə Səudiyyə Ərəbistanının Ciddə şəhərindən 193 nəfər Azərbaycan vətəndaşı, 9 nəfər Gürcüstan vətəndaşı olan azərbaycanlı və 5 nəfər Rusiya vətəndaşı olan azərbaycanlı ölkəmizə təxliyə olunub.
Bununla yanaşı, ölkəmizin Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) yerləşən vətəndaşlarımızın müntəzəm reyslərlə ölkəmizə qayıdışı BƏƏ-nin aidiyyəti hava yolları tərəfindən həyata keçirilir. Dünən ümumilikdə 257 nəfər Azərbaycan vətəndaşı ölkəmizə geri qayıdıb. Dubay şəhərindən bu gün 1, 5 mart tarixində isə 2 müntəzəm təyyarə reysi nəzərdə tutulub".
XİN rəsmisi qeyd edib ki, hal-hazırda Qətərdə olan 200 nəfər vətəndaşımızın ölkəmiz tərəfindən xüsusi təyyarə reysi ilə təxliyəsi istiqamətində iş aparılır: "Qeyd edək ki, Qətər hava məkanı bağlı olduğu üçün, vətəndaşlarımızın Səudiyyə Ərəbistanı ərazisindən təxliyəsi planlaşdırılır.
Bununla yanaşı, Xarici İşlər Nazirliyinin paylaşdığı səyahət xəbərdarlığına uyğun olaraq, İran ərazisində olan Azərbaycan vətəndaşlarının İrandan çıxışı üçün yerləşmə bölgəsindən asılı olaraq Azərbaycan və Türkiyə quru sərhəddindən istifadə olunur. İndiyə qədər 260 nəfər vətəndaşımız Azərbaycan sərhəddindən keçid edib.
Hazırda bölgədə olan vətəndaşlarımızdan təhlükəsizlik vəziyyətini diqqətlə izləmələri, yerli hakimiyyət orqanlarının göstəriş və tövsiyələrinə riayət etmələri, kütləvi toplaşma yerlərindən uzaq durmaları və şəxsi təhlükəsizlik tədbirlərini gücləndirmələri xahiş olunur".
Kurslar.az kurslar [newsid: 0-123300]

Bakının əsas prospekti buna görə iflic oldu
Paşinyan Azərbaycandan bu ərazini istədi – Əvəzində təklif edir ki…
Tanınmış reperi həbsxanada döydülər
Pakistan AQEM-in VII Zirvə Görüşünün uğurla keçirilməsi münasibətilə Azərbaycanı təbrik edib
"Yelo Bank" 2026-cı ilin 3-cü rübünü artımla başa vurdu
Konfrans Liqası: I turun oyunlarına start verilir
Bakı–Şamaxı yolunda avtomobil aşıb, yaralananlar var
Bakıda 20 yaşlı oğlanı bıçaqladılar
ABŞ-la münasibətlərin düzəlməsi üçün 10 il vaxt lazımdır
Zelenski Brüsselə getdi - Onlarla görüşəcək
Nazirlər Kabineti 'Azərişıq' və 'Azərenerji' ilə bağlı qaydada dəyişiklik edib
Teleqramda bu da mümkün olacaq
Azercell-in dəstəyi ilə "AWS Agentic Football Cup" keçiriləcək