"Ciddi xəstəliyim var, canımla əlləşirəm, dünəndən ağlayıram
Bir az narahatlığım var. Canımla əlləşirəm. Yəqin ki, bu da keçəcək.
azxeber.com xəbər verir ki. bunu Musavat.com-a açıqlamasında Əməkdar artist Hicran Hüseynova deyib.
O bildirib ki, səhhətində yaranmış problemə görə teatr səhnəsinə çıxa bilmir:
"Hələ tamaşalarda oynaya bilmirəm. Xəstəliyim ciddidir və səhhətim buna yol vermir. Mən 3 ildir ki, ciddi müalicə alıram. Arada müalicələr müsbət reaksiya vermədi deyə pisləşdim, indi bir az düzəlmişəm. Yaxın günlərdə qan analizləri verəcəyəm, ondan sonra hər şey bilinəcək. Şüa müalicəsi alıram".
Aktrisanın sözlərinə görə, xəstəlik 26 il bundan öncə yaranıb:
"23 il idi ki, yaxşı idim. Üç il bundan öncə yenə xəstəliyim baş qaldırdı. Mən üç ildir ki, canımla əlləşirəm. Xəstəxana -ev yolunda qalmışam. Ailəm mənə dəstək olur. Onlara baxıb güc toplayıram ki, ayaq üstdə qalım. Həyat mübarizədir, nə olsa da sınmamalısan. Gərək yaxşını fikirləşəsən ki, yaxşı olasan. Mən Moskvada komaya düşmüşdüm. Dilim söz tutmurdu, əlimlə işarə edirdim. Heç halım yox idi, ancaq reaksiya verirdim. Hələ o zaman həkim dedi ki, bu güclü qadındır, xəstəliyə qalib gələcək. İnşallah bu bəladan da qurtararam. Həkimlərin dediyi şeylərin hamısını edirəm. Bundan da pis günlər görmüşəm, amma ayağa qalxmışam".
Sənətçi bildirib ki, xəstəliyi ilə bağlı xeyli pul xərcləməli olur:
"Müalicə həddindən artıq pul aparır. Bir aparatın qiyməti 1500 manat olanda özünüz təxmin edin ki, vəziyyət necə olar. Dərmanımın biri 1400 manat edirdi. Əlbəttə çətindir. Prezident təqaüdü alacağımı eşidəndə elə sevindim ki. Mən heç vaxt heç kimdən asılı olmamışam. Doğrudur, övladlarım kömək edir. Ancaq hərəsinin öz ailəsi var, niyə mənim dərdimi çəksinlər ki. Onlara möhtac olmaq istəmirdim. O xərci övladlarına çəksinlər. Bu təqaüd xəbərini eşidəndən gözüm dolub boşalır. Prezidentə təşəkkür edirəm. Mən 2000-ci ildə də xəstələnəndə də ulu öndər Heydər Əliyev mənə maddi və mənəvi baxımdan dəstək oldu".
Qeyd edək ki, Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Hicran Nəsirovaya Azərbaycan Prezidentinin fərdi təqaüdü veriləcək.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Bakının əsas prospekti buna görə iflic oldu
Paşinyan Azərbaycandan bu ərazini istədi – Əvəzində təklif edir ki…
Paşinyan anklavlarla bağlı yeni təklif verdi - Detallar
Tanınmış reperi həbsxanada döydülər
Pakistan AQEM-in VII Zirvə Görüşünün uğurla keçirilməsi münasibətilə Azərbaycanı təbrik edib
"Yelo Bank" 2026-cı ilin 3-cü rübünü artımla başa vurdu
Konfrans Liqası: I turun oyunlarına start verilir
Bakı–Şamaxı yolunda avtomobil aşıb, yaralananlar var
Bakıda 20 yaşlı oğlanı bıçaqladılar
ABŞ-la münasibətlərin düzəlməsi üçün 10 il vaxt lazımdır
Zelenski Brüsselə getdi - Onlarla görüşəcək
Nazirlər Kabineti 'Azərişıq' və 'Azərenerji' ilə bağlı qaydada dəyişiklik edib
Teleqramda bu da mümkün olacaq
Buxarada Azərbaycan–Özbəkistan dostluq konserti təşkil olunub
Azercell-in dəstəyi ilə "AWS Agentic Football Cup" keçiriləcək