Çimərlik güləşçimiz dünya çempionu oldu

Çimərlik güləşçimiz dünya çempionu olduSentyabrın 23-də Rumıniyanın Konstanta şəhərində çimərlik güləşi üzrə yeniyetmələrin dünya çempionatı keçirilib.
Publika.az xəbər verir ki, mundialda ölkəmizi baş məşqçi Oyan Nəzəriani və məşqçi Ağahüseyn Mustafayevin rəhbərliyi altında 2 güləşçi təmsil edib və onların hər ikisi fəxri kürsüyə qalxıb.
Təmsilçimiz Musa Ağayev (60 kq) ilk görüşdə macar rəqini məğlub edib. Türkiyə güləşçisi ilə mübarizədə hesab açılmayıb. Rəqibin çəkisi daha az olduğu üçün qələbə ona verilib. Ancaq üçüncü qarşılaşmada Rumıniya idmançısına heç bir şans tanımayan M.Ağayev adını yarımfinala yazdırıb. Bu mərhələdə Rumıniyadan olan daha bir rəqibini məyus edən idmançımız həlledici görüşdə türkiyəli güləşçiyə uduzaraq gümüş medalı boynundan asıb.
Çempionatda 70 kiloqram çəki dərəcəsində çıxış edən Hüseyn Əliyev startda Yunanıstan təmsilçisinə gücünü göstərib. Həmyerlimiz Rumıniya güləşçisini minimal fərqlə üstələdikdən sonra Yunanıstanın daha bir idmançısına qalib gələrək yarımfinala vəsiqə qazanıb. Moldovadan olan rəqibinə də aman verməyən H.Əliyev finalda rumıniyalı idmançıya eyni aqibəti yaşadaraq dünya çempionu olub.
Qeyd edək ki, millimiz 1 qızıl və 1 gümüş medalla komanda hesabında dünya üçüncüsü olub.

İdman       Tarix: 23 sentyabr 2021
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

İki güləşçimiz dünya çempionatının finalında

Azərbaycanın iki güləşçisi dünya çempionatında finala vəsiqə qazanıb. KONKRET.azxəbər verir ki, Astanada keçirilən yarışda yunan-Roma güləşçiləri Eldəniz Əzizli və Sənan Süleymanov həlledici görüşə vəsiqə əldə edib. Onla

7 qat Azərbaycan çempionu diskvalifikasiya olundu

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) boksçu Daniel Holostenkonu iki il müddətinə cəzalandırıb. xəbər verir ki, bu barədə AMADA-dan məlumat verilib. Bildirilib ki, idmançı tərəfindən məkan məlumatı pozuntusu aşkarlanıb

Qəzet oxumayan Kral: Əfsanəyə çevrilən ömür

"Mən futbol oynamaq üçün doğulmuşam. Necə ki Bethoven möhtəşəm musiqi bəstələmək, Mikelancelo isə rəsm çəkmək üçün dünyaya gəlib". Pele. 1940-cı il oktyabrın 23-də Braziliyanın Tres-Korasoyns şəhərində Edson Aranti

Farslar təhqir yağdırdı, "Traktor" oyundan imtina etdi

Oktyabrın 18-də İran Premyer Liqasının IX turu çərçivəsində Gilan əyalətinin Ənzəli şəhərində keçirilməsi planlaşdırılan matçda Təbrizin "Traktor" komandası meydana çıxmaqdan imtina edib. KONKRET.azxəbər verir ki

UEFA-dan Fəridə Lütfəliyevaya təyinat

Azərbaycanın qadın FİFA referisi Fəridə Lüftəliyeva UEFA tərəfindən təyinat alıb. xəbər verir ki, Gürcüstanda keçiriləcək qadınlar arasında U-17 Avropa çempionatının seçmə mərhələsinin B4 qrupunda iki oyunun baş hakimi olacaq

"Barselona" El-Klasikoya xüsusi formalarla çıxacaq

"Barselona" klubu oktyabrın 26-da La Liqada "Real Madrid"lə keçirəcəyi El-Klasiko matçında amerikalı reper Tayler (The Creator) tərəfindən yaradılmış GOLF WANG brendinin loqosunu daşıyan xüsusi formad

"Real Madrid"in ulduzu bu komandaya gedir

"Real Madrid"in əfsanəvi müdafiəçisi Dani Karvaxal karyerasında gözlənilməz addım ataraq İspaniyanın digər təmsilçisi "Xetafe" ilə müqavilə bağlayacaq. KONKRET.azxəbər verir ki, bu barədə məşhur insayde

Konfrans Liqası: I turun oyunlarına start verilir

UEFA Konfrans Liqasında Liqa mərhələsinin I turunun oyunlarına bu gün start veriləcək. KONKRET.azxəbər verir ki, Türkiyənin "Trabzonspor" klubu səfərdə "KuPS"la üz-üzə gələcək. UEFA Konfrans Liqası. Liq

"Neftçi" yenidən önə keçdi - Canlı-Yenilənir

Misli Premyer Liqasında 8-ci tur davam edir. . xəbər verir ki, Turun mərkəzi matçında "Qarabağ" "Neftçi" ilə üz-üzə gələcək. Qeyd edək ki, tura sabah keçiriləcək iki görüşlə yekun vurulacaq. Misli Premye


son xeberler azerbaycan xeberleri yeni xeberler qarabag bugunun xeberleri son xeberler bugun 2026 canli ən son xəbərlər bugün