Çin: "ABŞ-ın nüvə arsenalı beynəlxalq təhlükəsizliyi təhdid edir"
Çin iddia edir ki, ABŞ Nüvə Silahlarının Yayılmaması Müqaviləsini (NPT) üçüncü ölkələrə ötürməklə pozur. Söhbət hansı ölkələrdən gedir, məlum deyil. Pekin həmçinin hesab edir ki, Vaşinqtonun nüvə arsenalı beynəlxalq təhlükəsizliyi təhdid edir.
KONKRET.az "Kommersant"a istinadən xəbər verir ki, bu ittihamları Çin Xarici İşlər Nazirliyinin silahlara nəzarət departamentinin direktoru Dinq Tonqbinq səsləndirib.
O xatırladıb ki, NPT çərçivəsində bəzi ölkələr nüvə silahını ötürməməyi, digər ölkələr isə qəbul etməməyi öhdəsinə götürüb. Birləşmiş Ştatların nüvə silahının yerləşdirilməsi və onların fövqəladə hallarda döyüş təyyarələrindən istifadəsinə icazə verməsi bu qaydaları pozur.
Çin Xarici İşlər Nazirliyinin sözçüsü iddia edir ki, ABŞ yeni növ nüvə silahlarının hazırlanmasına trilyonlarla dollar sərmayə qoyub.
Diplomat əlavə edib ki, Asiya-Sakit okean regionunda nüvə silahının yaranması regional sabitliyi ciddi şəkildə pozacaq və qarşıdurma riski doğuracaq. O, bunun Çinin strateji maraqlarına birbaşa təsir edəcəyini vurğulayıb.
"Birləşmiş Ştatlar hələ də beynəlxalq sülh və təhlükəsizliyi təhdid edən nəhəng nüvə arsenalına malikdir", – Dinq Tonqbinq deyib.
Həmin konfransda ABŞ Prezidentinin Nüvə Silahlarının Yayılmaması üzrə nümayəndəsi Adam Şeynman çıxış edib. O, Çinin ittihamlarını şərh etməyib, lakin bildirib ki, ABŞ Çinlə kommunikasiya kanallarını genişləndirməyə çalışır.
BMT-nin baş katibi Antonio Quterreş isə nüvə təhlükəsinin soyuq müharibə səviyyəsinə çatdığını bildirib.
İqbal Rzayev,
KONKRET.az

Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
Gəncədə "Kia" ilə "Qazel" toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
11 yaşımda ana oldum, mən böyümədim' - Xalq artisti
Ülviyyə Əliyevaya ağır itki
2 aktrisa saxlanıldı
Biran Damla Yılmaza Almaniyada 6 ay həbs cəzası verildi
27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı
Yeni idman dünyası Kinon TV-də: "Setanta Sports & TV" paketi istifadəyə verildi
Bank kartlarında yeni qayda: Hansı kartlara məhdudiyyət qoyulacaq? - AÇIQLAMA
Mahnı sifarişi üstündə dava: Müştəri bıçaqlandı
Türkiyə - Fransa oyununa hansı kanalda baxaq?