Prezidentdən xüsusi sərhəd mesajı: onlarla ölkə prosesə qoşulacaq

Prezidentdən xüsusi sərhəd mesajı: onlarla ölkə prosesə qoşulacaqAzərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təşkilatçılığı ilə "Qlobal təhlükəsizlik arxitekturasında yeni çağırışlar və terrorçuluğa qarşı effektiv əməkdaşlıq mexanizmlərinin formalaşdırılması" mövzusunda IV Bakı Təhlükəsizlik Forumu öz işinə başlayıb. Bu forum çox mühümdür. Belə ki, forumda beynəlxalq təşkilatların, eləcə də 100-dən artıq ölkənin xüsusi xidmət orqanlarının rəhbərləri və yüksək səviyyəli nümayəndələri iştirak edir. Bu qədər şəxsin Bakıda bir araya gəlməsi, təxminən 600 iştirakçının müxtəlif təhlükəsizlik çağırışları ətrafında fikir mübadiləsi aparması bu platformanın regional xarakter daşımadığını göstərir.
KONKRET.azglobalinfo.az-a istinadən xəbər verir ki, ümumiyyətlə, bu, 2023-cü ildən etibarən formalaşan davamlı dialoqun dördüncü forumdur. Əsas mövzunun təhlükəsizlik məsələləri olması, son illərdə dünya miqyasında təhlükəsizlik problemlərinin artması isə forumun əhəmiyyətini daha da artırır.
Forumun diqqət çəkən əsas məqam isə Prezident İlham Əliyevin iştirakçılara müraciəti oldu. Prezidentin, "Təhlükəsizlik anlayışı artıq ayrı-ayrı dövlətlərin sərhədləri ilə məhdudlaşmır", – fikri müasir beynəlxalq münasibətlərin praktiki reallığını ifadə edən, diqqət çəkən yanaşmadır. Çünki bu gün bir ölkədə meydana çıxan böhran yalnız həmin ölkənin siyasi və təhlükəsizlik mühitinə təsir göstərməklə məhdudlaşmır, enerji təchizatından nəqliyyat dəhlizlərinə, ərzaq bazarlarından maliyyə sistemlərinə, kiberməkandan informasiya mühitinə qədər bir-biri ilə bağlı çoxsaylı sahələrdə nəticələr doğura bilir. Belə bir şəraitdə milli təhlükəsizliklə beynəlxalq təhlükəsizlik arasındakı sərhədlər də əvvəlki qədər kəskin görünmür, hər bir dövlətin təhlükəsizlik gündəliyi getdikcə daha çox regional və qlobal proseslərlə əlaqələnir.
Məhz bu səbəbdən Prezident İlham Əliyevin, "Dünyada sülhün, sabitliyin və təhlükəsizliyin təmin olunması bütün dövlətlərin ortaq məsuliyyətidir", – fikri forumun əsas ideoloji-siyasi xəttini anlamaq baxımından xüsusi əhəmiyyət daşıyır. Ölkə başçısı, əslində bir daha təhlükəsizliyin yalnız ayrı-ayrı dövlətlərin öz sərhədlərini qoruması ilə təmin edilə bilməyəcəyini vurğulayır və məsuliyyətin kollektiv xarakter daşıdığını önə çəkir. Transmilli cinayətkarlıq, terrorçuluq, ekstremizm, qanunsuz silah və narkotik dövriyyəsi, kibercinayətkarlıq kimi təhdidlərin heç birinin yalnız bir dövlətin imkanları daxilində tam nəzarətdə saxlanılması mümkün deyil. Bu təhlükələrin maliyyə, logistika, informasiya və texnoloji komponentləri müxtəlif ölkələrin ərazisindən keçə bildiyi üçün onlara qarşı mübarizə də dövlətlərarası koordinasiya, operativ məlumat mübadiləsi və peşəkar əlaqələrin davamlı saxlanılmasını tələb edir.
Təhlükəsizlik sahəsində əməkdaşlıq 
Forumun gündəliyinin aktual olmasının əsas səbəblərindən biri də təhlükələrin öz xarakterini dəyişməsidir. Əvvəllər təhlükəsizlik gündəliyinin əsas komponentlərini daha çox hərbi-siyasi və sərhəd təhlükələri təşkil edirdisə, hazırda kritik infrastrukturun qorunması, kibertəhlükəsizlik, maliyyə axınlarının izlənilməsi, informasiya məkanının təhlükəsizliyi, nəqliyyat və enerji sistemlərinin dayanıqlılığı kimi məsələlər də xüsusi xidmət orqanlarının fəaliyyətində getdikcə daha mühüm yer tutur. Prezidentin müraciətində enerji və ərzaq təhlükəsizliyi ilə yanaşı, nəqliyyat və kommunikasiya əlaqələrinin də vurğulanması məhz təhlükəsizlik anlayışının kompleks xarakter aldığını göstərir.
Forumun Bakıda keçirilməsi də təsadüfi deyil. Azərbaycan son illərdə müxtəlif beynəlxalq və regional platformalarda təhlükəsizlik, enerji, nəqliyyat və kommunikasiya məsələlərinin müzakirə olunduğu mühüm dialoq məkanlarından birinə çevrilib. Bakı Təhlükəsizlik Forumunun təhlükəsizlik və xüsusi xidmət orqanlarının rəhbərləri səviyyəsində təşkil edilməsi isə bu diplomatik və institusional platformaya ayrıca məzmun verir. Burada müxtəlif dövlətlərin mövqelərinin eyniləşdirilməsi deyil, mövcud fikir ayrılıqlarına baxmayaraq, ortaq təhlükələr barədə danışmaq və praktiki əlaqə kanallarını açıq saxlamaq imkanının yaradılması əsas məsələdir.
Prezident İlham Əliyev müraciətində "qarşılıqlı etimadın möhkəmləndirilməsi", həmçinin "açıq və etibarlı dialoq əsasında qurulan tərəfdaşlıqlar" məsələsinə xüsusi diqqət çəkir. Çünki təhlükəsizlik sahəsində əməkdaşlığın digər sahələrdən mühüm fərqi ondan ibarətdir ki, burada məlumatın operativliyi qədər onun etibarlılığı, tərəfdaşlar arasında qarşılıqlı etimad və əlaqə kanallarının davamlılığı da mühüm rol oynayır. Müxtəlif siyasi mövqelərə malik dövlətlərin təhlükəsizlik orqanları arasında ən azı konkret transsərhəd təhdidlər üzrə peşəkar dialoqun qorunması bir çox hallarda daha geniş siyasi fikir ayrılıqlarının yaratdığı boşluqların təhlükəsizlik sahəsinə keçməsinin qarşısını almağa imkan verir.

Siyasi       Tarix: 24 sentyabr 2026
f Paylaş

Oxşar xəbərlər

Ramiz Mehdiyev və köməkçisi Eldar Əmirovun məhkəməsi başladı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin və onun köməkçisi olmuş Eldar Əmirovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Hakim Murad Aslanovun sədrliy

Abbas Əraqçi Ceyhun Bayramovla görüşdü

İranın xarici işlər naziri Abbas Əraqçi azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşüb. xəbər verir ki, A. Əraqçi bu barədə özünün "Telegram" kanalında məlumat yayıb. Görüş Birləşmiş Millətlər Təşkilatı (BMT) Ba

Putinin partiyası nə qədər səs toplayıb?

Bülletenlərin 90,43%-nin sayılmasından sonra Vahid Rusiya Partiyası Dövlət Dumasına seçkilərin federal seçki dairəsi üzrə səslərin 57,86%-ni qazanıb. xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Seçki Komissiyası məlumat yayıb

Azərbaycan Prezidenti Estoniyanın yeni səfirini qəbul etdi - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 23-də Estoniya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Tiina Nirki qəbul edib. xəbər verir ki, səfir etimadnaməsini dövlə

Tramp İlham Əliyevdən sitat gətirdi

Ağ Evin rəhbəri Donald Tramp bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev İrəvan ilə Bakı arasındakı münaqişənin nizamlanmasında amerikalı həmkarının rolunu qeyd edib. xəbər verir ki, bu barədə Tramp Nyu-Yorkda BMT Ba

"Azərbaycan Ordusu BMT-nin yerinə yetirilmədiyi qətnamələri icra etdi"- Politoloq

"Antiterror əməliyyatı cəmi bir sutka ərzində reallaşmış olsa da, Azərbaycan tarixinin yüz illiklər boyu yüksək qiymətləndiriləcək parlaq səhifələrindən biridir". Bunu politoloq Elçin Xalidbəyli -a açıqlamasınd

Deputatlar süni intellektdən necə istifadə edir? - SORĞU

Süni intellekt artıq gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib. İnsanlar müxtəlif sahələrdə işlərini asanlaşdırmaq, məlumat əldə etmək və vaxt qazanmaq üçün süni intellekt alətlərindən istifadə edirlər. Milli Məclisi

Prezidentdən "AzerGold"la bağlı - Sərəncam

"AzerGold" QSC-nin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 fevral tarixli 2515 nömrəli Sərəncamında dəyişiklik edilib. Bununla bağlı Preziden

Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşdı - FOTO

ABŞ Prezidenti Donald Tramp sosial media hesabında Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin "Nyusmaks"a (Newsmax) müsahibəsində


azerbaycan xeberleri yeni xeberler son xeberler bu gunun xeberleri xeber.az 2026 xəbər.az sonxeber.az