Çin siyasətində Azərbaycan kodu - TƏHLİL

Çin siyasətində Azərbaycan kodu - TƏHLİLÇinin yeni beynəlxalq nizamda özünə yer etməsi cəlbedicilik qazanır. Azərbaycan Prezidenti İlham Əliyevin bu il mayın 3-də Şuşada "Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə" mövzusunda konfransda çıxış edərkən Pekinin vasitəçilik tonuna vurğu etməsi diqqət çəkir. 
KONKRET.az xəbər verir ki, "Kaspi" qəzeti mövzu ilə bağlı məqalə dərc edib.
Rusiya-Ukrayna müharibəsində uzanan döyüşlər, nəticəsiz qalan diplomatik danışıqlar ortaya daha iddialı və digər dövlətləri də öz orbitinə cəlb edən bir güc çıxarır – söhbət Çindən gedir.
Çinin hansı tərəfin üstünlük göstərməsindən asılı olmayaraq, mümkün nəticələrdən faydalanmaq üçün mövqe tutduğu aydındır.
Bu mənada Pekinin Ukraynada partlayan sursatların, raketlərin şiddəti fonunda Rusiya ilə yaxınlıq nümayiş etdirməsinin həm blef, həm də real təzahürləri mövcuddur.
Rusiyadan Çinə "yaşıl işıq"
Çinin strateji tərəfdaşı Rusiya ilə qol-qola girməsi Moskvanın siyasi ambisiyalarından çox, Qərbi zəiflətməyin yollarını aramaq məcburiyyətinə söykənir. Bunu başa düşən Kreml isə Pekini öz tezislərinə inandırmaq üçün ona güzəşt paketi təqdim etməyə hazırdır.
Yəqin ki, Rusiya Çinin Yaxın Şərq, Mərkəzi Asiya, Cənubi Qafqaz, Arktika, Avropa, Asiya-Sakit Okean, Afrika regionlarında şişib böyüyən əzələlərinə maneə yaratmaqdan qaçır, bunun əvəzində isə Pekindən Ukraynaya qarşı hərbi-siyasi dəstək gözləyir.
Çin hələlik bu dəstəyi siyasi miqyasda göstərir, "hərbi yardım da verə bilərəm" mesajını verir. Onun nəhəngləşən qarşısıalınmaz qüdrəti qarşısında Qərb də çıxış yolları axtarır, bu baxımdan Avropa İttifaqından Çinə səfərlər intensivləşir.
Pekin münaqişəli regionlarda moderatorluq iddiasındadır
İntensivlik Pekinin maraqlarına zərbə vurmaq yox, onun yaratdığı iqtisadi-ticari şəbəkə portfelində yer alıb divident qazanmaq və ABŞ-Böyük Britaniya ikilisinin Çinlə gərginləşən münasibətləri arasında sıxılmamaq xarakterinə malikdir.
Çünki Qərbin qolu olan Avropa İttifaqı Çinlə "qoca qitə"ni birləşdirən, Azərbaycan, Qazaxıstan, Gürcüstan, Türkiyənin yer aldığı Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutundan (Orta Dəhliz) pay almaqda maraqlıdır.
Qərbdəki bu maraq Çinin Moskva ilə Kiyev arasında münasibətlərinin formalaşmasında qazancını artırır, Avropa İttifaqının iki nəhəngi – Almaniya və Fransa ilə münasibətlərində böyük mövqe qazandırır.
Qazanılan mövqe Qərbin digər qanadı – ABŞ-Böyük Britaniya – ikilisinə qarşı Çinin müqavimət oxunu şaxələndirir, üstəlik şərait yaradır ki, o, Avropa İttifaqını NATO ilə mübarizədə kənarda qoysun.
Çin qlobal səhnədə qazandığı uğurları tamamlamaq üçün münaqişəli regionlar üzrə moderatorluq iddiasını da çəkinmədən göstərir, İranla Səudiyyə Ərəbistanının barışdırılması buna misal ola bilər.
Azərbaycan Çinin siyasətini diqqətlə izləyir
Çinin yeni beynəlxalq nizamda özünə yer etməsi cəlbedicilik qazanır. Azərbaycan Prezidenti İlham Əliyevin bu ilin mayın 3-də Şuşada "Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə" mövzusunda konfransda çıxış edərkən Pekinin vasitəçilik tonuna vurğu etməsi diqqət çəkir.
Prezidentin Zəngəzur dəhlizi layihəsində Çinin iştirakına işarələr fonunda Pekinin Səudiyyə Ərəbistanı və İran arasında münasibətlərin normallaşdırılması məsələsindəki rolunu çox yüksək qiymətləndirməsi maraq doğurur.
Bu o deməkdir ki, Çinin siyasəti diqqətlə izlənilir, bunun Cənubi Qafqaz regionuna, eləcə də Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına təsirlərinin strateji analizi aparılır.
Bakı ilə Pekinin bir-birinin tərəzisində qarşılıqlı çəki artırması labüd xəttə çevrilir, yəqin buna görədir ki, Azərbaycanın hakim Yeni Azərbaycan Partiyasının Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun başçılıq etdiyi nümayəndə heyəti bu günlərdə Çinə getdi.
Bəlkə də YAP-ın Çin gedişi gələcək ali səviyyəli danışıqların proqramının hazırlanması üçün yol xəritəsidir.
Azərbaycan Çinin "Bir kəmər, bir yol" beynəlxalq iqtisadi-ticari marşrutuna Zəngəzur dəhlizini inteqrasiya etmək, bunu Orta Dəhlizin tərkib hissəsinə çevirmək niyyətindədir və görünür ki, Pekindən də bu barədə pozitiv siqnallar almaqdadır.
Mümkün Çin mərkəzli nizama meyl etməklə…
Nəticə çıxarmaq çətin deyil ki, Ukraynada davam edən müharibə Pekinin genişlənmə siyasətinə xidmət edir, Rusiyanın da, elə Qərbin də uzunmüddətli zəifləməsinə gətirib çıxarır.
Çin güc balansını əsaslı şəkildə uzunmüddətli perspektiv üçün öz xeyrinə dəyişdirmək yolunda inamla gedir.
Çin perspektiv qlobal təhlükəsizlik və siyasi arxitekturaların banisi olmaq iddiasındadır və o, bunun üçün maraqları olan bütün yerlərdə rəqiblərinin güc mövqelərini zəiflədərək zəmanət qazanmağı hədəfləyir.
Azərbaycan mümkün Çin mərkəzli nizama meyl etməklə gələcəyin konyunkturasında təsir imkanlarını artıra və Pekinlə razılaşdırılacaq layihələrlə təhlükəsizlik qarantiyaları əldə edə bilər.
Geosiyasi baxımdan Çin Rusiya və ABŞ-nin vassallaşdırma siyasətinin qarşısına keçir və nəhəng iqtisadi layihələrlə rəqiblərinin mövqeyini zəiflətməyi hədəfləyir.
Bu, hegemon dövlətlərə meydan oxumaq tərzidir, Azərbaycanı isə rəqiblərin bir-birini üzdə, arxa planda didməsi və ya sövdələşmələri deyil, cari situasiyalardan necə karlı çıxacağı maraqlandırır.
Azərbaycan Çinin siyasi üfüqlərdə açdığı çətiri yüksək səviyyədə qiymətləndirməklə göstərir ki, Bakı ilə Pekin arasında Zəngəzur dəhlizi kontekstində mühüm danışıqlar keçiriləcək.

Siyasi       Tarix: 10 iyun 2023
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Sentyabr ayında mediada ən aktiv deputatlar kimlər olub? - SİYAHI

Sentyabr ayı üzrə təhlillərə əsasən mediada ən aktiv olan deputatlar açıqlanıb. xəbər verir ki, "Mediatrends.ai" platformasının "Media indeksi" göstəricilərinə əsasən, siyahıya 26,06 faizlə deputat Naqi

Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib

Pakistan Xarici İşlər Nazirliyi Azərbaycanı 20 sentyabr - Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib. xəbər verir ki, Pakistan Xarici İşlər Nazirliyi bu barədə X-da paylaşım edib. "Azərbaycan Respublikasının Hökumətin

Putin Paşinyanı təbrik etdi

Rusiya Prezidenti Vladimir Putin Ermənistan Baş naziri Nikol Paşinyanı Müstəqillik Günü münasibətilə təbrik edib. xəbər verir ki, bu barədə Ermənistan hökumətinin saytında məlumat yayılıb. "Hörmətli Nikol Vovayeviç

Abbas Əraqçi Ceyhun Bayramovla görüşdü

İranın xarici işlər naziri Abbas Əraqçi azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşüb. xəbər verir ki, A. Əraqçi bu barədə özünün "Telegram" kanalında məlumat yayıb. Görüş Birləşmiş Millətlər Təşkilatı (BMT) Ba

Tixanovskaya: ABŞ Lukaşenkonun hökuməti ilə ticarət etməməlidir

ABŞ Belarus Prezidenti Aleksandr Lukaşenkonun hökuməti ilə ticarət etməməlidir. xəbər verir ki, bunu Belarusun demokratik qüvvələrinin lideri Svetlana Tixanovskaya BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən iclası çərçivəsind

Avropa bu məsələdə bir araya gələ bilmir – Mübahisələr getdikcə dərinləşir

Almaniya və Avropa İttifaqının daha 4 ölkəsi Madridin pandemiya dövründən qalan borcların ödənilməsini təxirə salmaq və Aİ büdcəsini yüz milyardlarla avro artırmaq təklifinə qarşı çıxıb. xəbər verir ki, Aİ-də təxminən 2 trilyo

İsrail Səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib

İsrail Səfirliyi Azərbaycanı 20 sentyabr - Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib. İsrailin Azərbaycandakı səfirliyi bu barədə X-da paylaşım edib. "Arzu edirik ki, bu mühüm milli bayram Azərbaycan xalqına davaml

Həsən Həsənov: "Ad çəkilir, amma konkret mənbə göstərilmir

"Ermənilər bizə qarşı bir söz deyəndə mənbə adı çəkmirlər". xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Media və Yayım Şurasının təşkilatçılığı ilə keçirilən "Qafqaz Albaniyasının irsinə tarixi baxış"

Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşdı - FOTO

ABŞ Prezidenti Donald Tramp sosial media hesabında Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin "Nyusmaks"a (Newsmax) müsahibəsində


yeni xeberler azerbaycan xeberleri son xeberler cəbhədən xəbər son xeber az şou biznes xəbərləri ən son xəbərlər bugün